Tullantıların içərisindən tapılan sənədlər və avtomobil nömrələri polisə təhvil verildi - FOTO

“Təmiz Şəhər” ASC-nin təsərrüfat sahələrindən olan Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi zavoduna təhvil verilən tullantılar çeşidlənərkən içərisindən xeyli sayda sənədlər və nəqliyyat vasitələrinə aid dövlət nömrə nişanları tapılır. Tapıntıların sahiblərinə qaytarılması məqsədilə “Tap qaytar” layihəsi həyata keçirilir.
ASC-dən verilən məlumata görə, layihə çərçivəsində tapılan 85 şəxsiyyət vəsiqəsi, 5 sürücülük vəsiqəsi, 5 avtonəqliyyat vasitələrinin qeydiyyat şəhadətnaməsi, 2 diplom, 10 xarici pasport və 4 avtomobil dövlət nömrə nişanı, 5 hərbi bilet, 6 doğum haqqında şəhadətnamə, 6 təhsil haqqında şəhadətnamə, 2 əmək kitabçası Bakı Şəhər Baş Polis İdarəsinin Tapıntılar Bürosuna təhvil verilib.
Mövcud qaydalara görə, tapılan sənədlər 1 ay müddətində saxlanılır və həmin vaxt ərzində sahibi aşkar edilmədikdə vətəndaşın qeydiyyatı üzrə yaşayış ünvanına, eləcə də müvafiq təşkilatlara göndərilir.
Qeyd edək ki, Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi zavodu müasir texnologiyalar əsasında qurulub və 2012-ci ildən fəaliyyət göstərir. Ətraf mühitin mühafizəsinə xidmət edən zavod hər il min tonlarla tullantının təbiətə atılmasının qarşısını almaqla yanaşı, “Tap qaytar” layihəsi ilə xeyli insanı sevindirir.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident














