Turizm uzun müddət qeyri-müəyyənlik içində olacaq - ekspert

Çində yeni koronavirus epidemiyaları turizmin bərpası prosesini yenidən dayandırdı. Çin Sosial Elmlər Akademiyasının Turizm Tədqiqat Mərkəzinin eksperti Song Rui yazır ki, bu, turizm şirkətlərinin COVID-19-un sənayeyə təsirini nəzərə almasının vacibliyini göstərir.
Avtosfer.az aviatravel.az-a istinadən bildirir ki, turizm sektoru uzun müddət qeyri-müəyyənlik içində yaşamaq məcburiyyətində qalacaq, çünki koronavirus epidemiyası mənfi təsir göstərəcək. Mütəxəssis hesab edir ki, insanlar ekstremal hallarda planlarını və marşrutlarını tənzimləmək zərurəti fikri ilə barışmalı olacaqlar.
Sonq Rui deyir ki, ən azı qısa müddətdə daxili turizm beynəlxalq turizmdən üstün olacaq. Buna görə də müxtəlif ölkələrin hökumətləri öz ərazilərində səyahətləri stimullaşdırmaq üçün variantlar axtarmağa məcburdurlar. Ən təsirli tədbirlər sırasına sənayedə fəaliyyət göstərən müəssisələrə maliyyə dəstəyi, eləcə də onun daxilində əlavə iş yerlərinin yaradılması daxildir.
Bundan əlavə, həm turistlərə, həm də turizm firmalarına daha "anti-epidemiya" modelinə uyğunlaşmaq üçün vaxt və resurslar lazımdır. Məsələn, fərdi turların və ya şəxsi nəqliyyat vasitələri ilə səyahətlərin inkişafı istiqamətində. Bu, digər məsələlərlə yanaşı, maskaların taxılması, sosial məsafənin qorunması tələblərinə riayət olunmasına nəzarətin gücləndirilməsini, həmçinin mehmanxanaların və biletlərin onlayn bronlaşdırılmasının təşviqini nəzərdə tutur.
Nəhayət, qonaqların sağlamlığının qayğısını qismən istirahət yerlərinin yerləşdiyi regional hakimiyyət orqanları öz üzərinə götürməlidir. Səyahət agentlikləri ilə əməkdaşlıq edərək, onlar epidemiyaya qarşı tədbirlər kompleksini işləyib hazırlamalı və həyata keçirilməsini təmin etməlidirlər, deyə ekspert yekunlaşdırır.
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?
Bu yolda təmir başlayır - Sürücülərin nəzərinə!
40 yaşlı sevgilisi tərəfindən öldürülən 24 yaşlı Fatimənin FOTOSU
Qeyri-neft sektorunun hansı sahələrinə yatırım edilməlidir? - İQTİSADÇI
Bakı limanında daşınan yük miqdarı çoxalması yollarda sıxlığa təsir edə bilər? - EKSPERT
“Sabah hansısa əsgərimiz Azərbaycana keçsə, kimi təhvil verəcəyik?” - Paşinyan
“Avtoş” sürücü cərimədən yayınmaq üçün maşın sökdü - VİDEO
Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi
Bulvarda 630 minlik "Lamborghini" ilə drift etdi: Qərar verildi
Ara küçələrdə avtomobil saxlayanlara CƏRİMƏ - VİDEO
Polkovnik Əflatun Məmmədov həbs olundu











