Turizm zonasından keçən yararsız yol təmir olunub - FOTO

Gəndob-Yalama-Rusiya Federasiyası avtomobil yolunun 66-67-ci kilometrinin dağılmış hissəsi təmir olunub. Avtosfer.az xəbər verir ki, Xaçmaz rayonunun Nabran-Şirvanlı kəndləri arasındakı turizm zonasından keçən yolun bir kilometr hissəsi uzun müddətdir yararsız vəziyyətə idi. Yolun təmiri Avtomobil Yolları Dövlət Agentliyinin Xaçmazdakı “4 saylı Yol İstismarı İdarəsi” MMC tərəfindən həyata keçirilib.
Avtomobil yolu ağır texnikalar vasitəsilə genişləndirilib, daş-çınqıl döşənib. Yolda 6 yerdə suötürücü borular yerləşdirilib.
İdarənin baş mühəndisi Cəlaləddin Musayev bildirib ki, Nabran kəndindən keçən həmin yoldan Şirvanlı, Turist və Samurçay kəndlərinin sakinləri, həmçinin ərazidəki çoxsaylı turizm obyektlərində dincələn insanlar istifadə edirlər. “Yolun həmin hissəsi ərazidəki istirahət mərkəzlərindən axıdılan suların təsiri ilə dağılıb. Yol təmir olunub və çirkab sularının yolun hərəkət hissəsinə axmasının qarşısını almaq üçün suötürücü borular yerləşdirilib. İndi yolda avtomobillərin rahat hərəkəti təmin olunub”, - deyə baş mühəndis Cəlaləddin Musayev bildirib.




Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












