Türkiyə 2022-ci ildə 5 ədəd amfibiya təyyarəsi ALACAQ

Türkiyə baş verə biləcək meşə yanğınlarının qarşısını almaq üçün bəzi tədbirlər görür.
Avtosfer.az xəbər verir ki, riskli dönəmlərdə meşələrə girmək və ocaq yandırmaq bələdiyyələr tərəfindən qadağan ediləcək. Həmçinin meşələrdəki "yanğın hovuzları"nın sayının 4 156-ya çatdırıldığı bildirilib. Yanğın zamanı heyvanların qorunması üçün baytarlar da fəaliyyət göstərəcək.
"Meşələrin qorunmasında yeni bir dövr başlayır", - deyə çıxış edən Meşə Baş Müdiri Bekir Karacabey onu da qeyd edib ki, yanan meşə sahələri yenidən qurularkən ağac növləri dəyişdirilməyəcək:
"Lakin hər yerə eyni ağacların əkilməsi nəzərdə tutulmur. Yeni ərazilərdə meşə salınması üçün ən azı 30 faiz odadavamlı meşə ağaclarından da istifadə ediləcək".
Baş direktor Karacabey açıqlamasında Türkiyənin 2022-ci ildə 5 ədəd amfibiya təyyarəsi alacağını bildirib:
"10 təyyarə və 55 helikopter icarəyə götürmək, həmçinin 250 çiləyici və 5 amfibiya təyyarəsi almaq planlaşdırılır. Bu il PUA sayını 4-ə çatdırdıq. Mövcud insan resurslarımıza əlavə olaraq, Meşə Təsərrüfatı Baş İdarəmiz 2021-ci ildə 2 min 83 yanğınsöndürən işə götürüb".
Unikal.org
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı












