Türkiyə 40 ədəd “Eurofighter” qırıcısı almaq istəyir

Türkiyə hakimiyyəti ölkənin Hərbi Hava Qüvvələrini gücləndirmək üçün 40 ədəd “Eurofighter Typhoon” qırıcısı almağa hazırlaşır.
“Report” yerli mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Yaşar Güler bildirib.
Çoxməqsədli qırıcı “Eurofighter Typhoon” Böyük Britaniya, Almaniya və İspaniyadan olan bir neçə müstəqil şirkətin birgə səyinin nəticəsidir. Güler artıq London və Madridlə döyüş təyyarələrinin alınması ilə bağlı razılaşmanın əldə olunduğunu, lakin Berlinlə danışıqlar mərhələsində problemlər yarandığını bildirib.
“Biz Eurofighter almaq istəyirik, bu, çox effektiv təyyarədir. Amma Almaniya buna etiraz edir. İngiltərə və İspaniya deyirlər: “Biz bu problemi həll edəcəyik”. Biz İngiltərə və İspaniyadan 40 döyüş təyyarəsi almağı planlaşdırırıq”, - o deyib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniyanın mövqeyinə baxmayaraq, ölkənin özünü döyüş təyyarələri ilə təmin edəcəyini bildirib.
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO












