Türkiyə Azərbaycana 100 min ədəd ağac tingi göndərdi

Türkiyənin bir sıra bölgələrindən Azərbaycana 100 min ədəd ağac tingi göndərilib.
Avtosfer.az xəbər verir ki, bu barədə Türkiyənin Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Nazirliyinin Meşə Təsərrüfatı Baş İdarəsindən bildirilib.
Məlumatda qeyd olunub ki, Azərbaycanla Türkiyə arasında köklü əlaqələr meşə təsərrüfatı sahəsində aparılan birgə işlərlə daha da möhkəmlənir.
"Azərbaycanla siyasi, iqtisadi və hərbi məsələlərdə əməkdaşlıq etməklə yanaşı, meşə təsərrüfatı sahəsində də uğurlu layihələr həyata keçirilir. Bu çərçivədə Əskişəhər, Konya, Mersin, Urfa və Sakarya regional idarələrinin tingliklərində istehsal edilən şotland şamı, Karaçam (larch), dəfnə, akasiya kimi müxtəlif növlərdən 100 min ədəd ting Azərbaycana göndərilib. Göndərilən tinglər Qarabağda, Bakıda torpağa qovuşacaq, qardaş ölkəmiz Azərbaycanın gələcəyinə təmiz nəfəs olacaq", - məlumatda vurğulanıb.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












