Türkiyə Azərbaycana və Orta Asiyaya yeni nəqliyyat marşrutu açır

Türkiyə Azərbaycanla və Orta Asiyanın türk cümhuriyyətləri ilə əlaqəni təmin edən yeni nəqliyyat marşrutu açır.
Avtosfer.az Türkiyə mətbuatına istinadən xəbər verir.
Məlumatda deyilir ki, beynəlxalq “P&O Maritime Logistics” şirkətinin yeni gəmiçilik marşrutu Xəzər dənizi vasitəsilə Orta Asiyanı birbaşa Türkiyəyə birləşdirəcək.
Yeni marşrutla daha ucuz qiymətə müntəzəm konteyner daşınması həyata keçiriləcək. Bu, Türkiyə, Rusiya və Orta Asiya bazarları arasındakı ticarət həcmini artıracaq. Birdən çox nəqliyyat gəmisindən istifadə edəcək yeni xətt əsasən sənaye maşınlarını, inşaat materiallarını, tekstil məhsullarını, kosmetika və mərmər kimi məhsulları daşıyacaq. Yeni dəniz marşrutunun açılması bu bazarlarda fəaliyyət göstərən şirkətlər üçün mühüm üstünlüyü təmin edəcək.
Qeyd edilib ki, Türkiyə, Rusiya və Orta Asiya arasında ticarətdə səmərəliliyinin artırılması üçün böyük potensial var.
Xatırladaq ki, hazırda Avropadan Asiyaya Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti fəaliyyət göstərir. BTQ vasitəsilə yüklər Avropadan Asiyaya və əks istiqamətdə göndərilir. Həmçinin, Çin, Orta Asiya, Xəzər Dənizi və Qara Dəniz hövzələri və Avropa ölkələri arasında yük daşımaları dövriyyəsini təmin etmək üçün Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu yaradılıb. Hazırda bu marşrutun potensialından Türkiyə, Azərbaycan, Orta Asiya ölkələri və digərləri istifadə edir.
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA












