Türkiyə bu gün "Hızır Reis" sualtı qayığını xidmətə verir

Türkiyədə "Hızır Reis" sualtı qayığı xidmətə verilib.
Avtosfer.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
"Bu gün havadan asılı olmayan hərəkət sistemi və inkişaf etmiş solar imkanları ilə səssiz dərinliklərin milli keşikçisi olacaq "Hızır Reis" sualtı qayığımızı xidmətə veririk. Bununla yanaşı, istismara qəbul etdiyimiz yeni tip desant gəmimiz Ç-159-dur. Bu platforma həm hərbi əməliyyatlarda, həm də sülh dövründə humanitar yardım əməliyyatlarında fırtınalı sularda xidmət göstərəcək", - o əlavə edib.
Türkiyə Prezidenti Pakistanla 2018-ci ildə imzalanmış 4 ədəd MİLGEM gəmisinin inşası üzrə müqavilədən də söz açaraq qeyd edib ki, bu çərçivədə ilk gəmini - "PNS Babür"ü 2024-cü il mayın 24-də Pakistana təhvil veriblər:
"Bu gün isə bütün sınaq və təcrübə mərhələlərini uğurla tamamlamış "PNS Hayber"in təhvilini həyata keçiririk. Layihənin 3-cü və 4-cü gəmiləri Kəraçi Gəmiqayırma Zavodunda inşa olunur. 3-cü gəmi "PNS Bedir"in 2026-cı ilin iyun ayının sonuna, 4-cü gəmi "PNS Tarık"ın isə 2027-ci ilin birinci rübündə təhvil verilməsi planlaşdırılır. Ən son texnologiyalarla təchiz edilmiş bu gəmilərin qardaş Pakistan donanmasına indidən xeyirli-uğurlu olmasını arzulayıram. Kökü ortaq tariximizin dərinliklərinə uzanan, əsrlər boyu sınaqlardan keçərək bu günlərə çatan Türkiyə–Pakistan dostluğu, qiyamətə qədər davam edəcək, inkişaf edəcək və güclənəcək".
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












