Türkiyə Gürcüstanın Marneuli hərbi aerodromunun bərpasına başlayıb - FOTO

Türkiyə Gürcüstanın Marneuli hərbi aerodromunu yeni texniki avadanlıqlarla təchiz edib.
Report xəbər verir ki, mikroavtobus, yükqaldırıcı və maşınyuma avadanlığı Gürcüstanın Müdafiə Nazirliyinə təqdim olunub.
Təchizat iki ölkə arasında hərbi maliyyə əməkdaşlığı haqqında saziş çərçivəsində həyata keçirilib.
Bu gün Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze, Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan və digər rəsmi şəxslərin iştirakı ilə avadanlıqların təhvil-təslimi ilə bağlı sənəd imzalanıb.
Qeyd edək ki, Marneuli aerodromu 2008-ci ilin avqust müharibəsində Rusiya aviasiyası tərəfindən bombardman edilib. Hərbi obyektin bərpası üçün Türkiyə ötən ilin oktyabrında Gürcüstana təxminən 14 milyon ABŞ dolları vəsait ayırıb. Qrant layihəsi çərçivəsində Gürcüstan Türkiyə istehsalı olan avadanlıqlar alacaq. Razılaşmaya əsasən, vəsait həmçinin aerodromun modernləşdirilməsi üçün də sərf olunacaq.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












