Türkiyə ilk dəfə pilotsuz helikopterlər alır

Türkiyə ordusu bir il ərzində kəşfiyyat, döyüş patrulları, silah və yüklərin çatdırılması üçün istifadə olunacaq dörd pilotsuz helikopter alacaq.
Avtosfer.az xəbər verir ki, bu barədə “Milliyet” nəşri yazıb.
Nəşrin məlumatına görə, süni intellektə malik ilk helikopter yaxın günlərdə ordu tərəfindən terrorla mübarizəyə cəlb olunacaq. Belə platformalara xüsusilə Suriyanın Türkiyə ilə həmsərhəd bölgələrində tələbat var, çünki burada tez-tez kürd yaraqlılarına qarşı əməliyyatlar aparılır.
Pilotsuz helikopterin tərtibatçılarının fikrincə, onun adi PUA-lardan üstün cəhətlərindən biri buludların altında uçmaq qabiliyyətidir ki, bu da onu istənilən hava şəraitində istifadə etməyə imkan verir.
Qəzet helikopteri yaradan “TITRA” şirkətinin nümayəndələrinə istinadən yazır ki, pilotsuz helikopter hərbi tapşırıqların həlli ilə yanaşı, meşə yanğınlarının söndürülməsində, kənd təsərrüfatında, mülki obyektlərin mühafizəsində istifadə oluna bilər.
Şirkət, həmçinin bildirib ki, pilotsuz təyyarənin alınması ilə bağlı müraciətlər xaricdən, əsasən də neft hasil edən ölkələrdən gəlir. Pilotsuz helikopterin çəkisi 250 kq-dır. O, 8 saat havada qala və 6,5 km hündürlükdə uça bilir.
Bu yolda sürət həddi endirildi - FOTO
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ
Süni intellektlə yeni dələduzluq üsulları: DTX vətəndaşlara müraciət etdi - VİDEO
İlham Əliyev Bakı Metropoliteni ilə bağlı Fərman İMZALADI
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi
Beş milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri tutuldu - VİDEO
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA











