Türkiyə İtaliyadan vertolyot alınmasını dayandırıb

Türkiyə Silahlı Qüvvələri üçün İtaliyanın “Leonardo” (keçmiş “Finmeccanica”) hərbi-sənaye konsorsiumundan təlim vertolyotlarının alınmasını dayandırıb.
Avtosfer.az-ın “La Repubblica” qəzetinə istinadən verdiyi məlumata görə, bu günlərdə “Leonardo” hərbi-sənaye konsorsiumundan 70 milyon avro dəyərində vertolyotların alınmasını nəzərdə tutan sazişin imzalanması planlaşdırılsa da, Türkiyə tərəfi İtaliya Baş naziri Mario Draqinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla bağlı qalmaqallı bəyanatı fonunda sazişin imzalanmasını müddətsiz təxirə saldığını bildirib.
Türkiyənin İtaliyadan alacağı “AW169” təlim vertolyotları köhnə “Agusta-Bell 206” vertolyotlarını əvəzləməli idi.
“La Repubblica” diplomatik qalmaqal səbəbindən bir sıra iqtisadi layihələrin, o cümlədən energetika sahəsində əməkdaşlığın təhlükə altında qaldığını yazıb. Ankara rəsmi Romanın üzr istəməsini gözləyir.
Qeyd edək ki, İtaliya Baş naziri Mario Draqi Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin Ankaraya səfər zamanı alçaq stulda oturması ilə bağlı Türkiyə Prezidentinin ünvanına diplomatik etikadan kənara çıxar ifadə işlədib. Sonradan Ursula fon der Lyayenlə bağlı qalmaqalın səbəbkarının Türkiyə deyil, Avropa İttifaqı daxilində rəhbər şəxslər arasında çəkişmə olduğu üzə çıxıb.
Manat-dollar məzənnəsi dəyişəcək? - 2027-ci il üçün PROQNOZ AÇIQLANDI
Sərnişin sıxlığını azaltmaq üçün hansı addımlar atılacaq? - AÇIQLAMA
Bakı və Sumqayıt arasındakı qatar reyslərinin sayı növbəti dəfə ARTIRILIR
Bu şəxslər üçün GEDİŞ HAQQI daha az olacaq
Sərnişinlərin nəzərinə: Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirildi - FOTO
İşdən çıxarılan icra başçısı məşhur şəxsin QARDAŞIDIR
15 sentyabr: Paytaxtın hazırda hansı küçələrində sıxlıq var? - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı-Kuryk bərə xətti ilə səyahət Azərbaycana nə qazandıracaq? - DEPUTAT
Paytaxtın bu küçələrində təmir işləri YEKUNLAŞIB
DTX-nin saxladığı tiktoker "Çevik"i hansı cəza gözləyir?
Ramiz Mehdiyevin cinayət işi məhkəməyə göndərilib: Digər müttəhim kimdir?










