Türkiyə Müdafiə Nazirliyi “Eternity-2021” təlimindən paylaşım edib - FOTO

Gürcüstan, Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə Tbilisidə keçirilən "Eternity 2021" hərbi təlimi başa çatıb.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə Müdafiə Nazirliyinin "Twitter" səhifəsində paylaşım edilib.
Bildirilib ki, oktyabrın 4-də başlayan hərbi təlimlərlə bağlı oktyabrın 8-də bağlanış mərasimi baş tutub.
Qeyd edək ki, Gürcüstanın Müdafiə Nazirliyinin məlumatına görə, builki təlimdə hər üç ölkədən ümumilikdə 200-dən çox hərbçi iştirak edib. Bu il ilk dəfə olaraq Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) Strateji Boru Kəmərlərinin Mühafizəsi Departamentinin sürətli reaksiya bölmələri də hərbi təlimlərdə iştirak ediblər.
Hərbi təlimin böhran vaxtı Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təhlükəsizliyinin təmin edilməsi üzrə sülhməramlı əməliyyatların aparılması ssenarisi əsasında təşkil edildiyi və Azərbaycan-Türkiyə-Gürcüstan hərbi birləşmələri arasında qarşılıqlı əməliyyat qabiliyyətinin yüksəldilməsinə yönəldiyi bildirilib.
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?
Bu yolda təmir başlayır - Sürücülərin nəzərinə!
40 yaşlı sevgilisi tərəfindən öldürülən 24 yaşlı Fatimənin FOTOSU
Qeyri-neft sektorunun hansı sahələrinə yatırım edilməlidir? - İQTİSADÇI
Bakı limanında daşınan yük miqdarı çoxalması yollarda sıxlığa təsir edə bilər? - EKSPERT
















