Türkiyə NATO-nun Qara dənizdəki təlimlərini ləğv edib

Türkiyə Rusiya ilə Ukrayna arasında yaranan gərginlik fonunda Montrö Konvensiyasının tələblərinə uyğun olaraq Qara dənizdə planlaşdırılan bəzi NATO təlimlərini ləğv edib və ya təxirə salıb.
Avtosfer.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Anadolu” agentliyinə müsahibəsində deyib. “Sanksiyalara qoşulsaydıq, indiki vasitəçilik rolunu oynaya bilməzdik. Biz Montrö Konvensiyasını hərbi gəmilərə tətbiq etdik. Lakin hava məkanını, bu dəhlizi açıq saxlamalıyıq. Konvensiyaya uyğun olaraq planlaşdırılan NATO təlimlərini ləğv etdik və ya təxirə saldıq. Biz ölkə olaraq mühüm rol oynayırıq, öhdəliklərimizi yerinə yetiririk”, - deyə nazir bildirib. Çavuşoğlu xatırladıb ki, Ankara əvvəldən Rusiya qarşı yalnız BMT-nin sanksiyalarına qoşulacağını bəyan edib. “İndi hər dövlət istənilən şəxsə qarşı sanksiyalar tətbiq edə bilər. Bu, onların işidir. Biz vasitəçi rolunu seçmişik, vəziyyəti yüngülləşdirməyə çalışırıq. Bizim bu mövqeyimiz Aİ-də, dünyada müsbət qarşılanır” , -deyə XİN rəhbəri əlavə edib. Eyni zamanda, o, qeyd edib ki, Türkiyənin Rusiyaya qarşı sanksiyalara qoşulmaması onlardan Ankara vasitəsilə yan keçməyin mümkün olacağı anlamına gəlmir.
Mənbə: “Anadolu”
İlham Əliyev Bakı Metropoliteni ilə bağlı Fərman İMZALADI
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi
Beş milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri tutuldu - VİDEO
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA
Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTO
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA











