Banner

Türkiyə S-400 tipli uzun mənzilli regional HHM sistemi yaradır

Xəbərlər 8 Oktyabr 2021 18:03 Oxunub 804
Türkiyə S-400 tipli uzun mənzilli regional HHM sistemi yaradır
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Tükiyədə bir il yarım ərzində mənzili 100 kilometrə çatan Hava Hücumundan Müdafiə (HHM) sistemi hazırlanacaq.

Avtosfer.az Ordu.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Dəmir “24 TV” kanalına müsahibəsi zamanı məlumat verib.

O, qeyd olunan sistemin “Siper” HHM sistemindən əvvəl hazır olacağını qeyd edib. Komitə sədri “Siper”dən sonra S-400 tipli uzun mənzilli regional HHM sisteminin hazırlanacağını bildirib.

 

HHM sisteminin təbəqəli quruluş olduğunu qeyd edən İsmail Dəmir qeyd edib ki, cəmiyyətin “Siper”dən olan gözləntilərini başa düşür: “Ancaq buna gedən yolda bəzi addımlar var. Hava hücumundan müdafiə təbəqəli quruluşdur. “Siper” sisteminin öz əhatə dairəsi və aşkarlama qabiliyyəti var, ancaq bu qabiliyyəti olan bir sistem qursanız belə gözləmədiyiniz yerdən çox hücuma məruz qala və zədələnə bilərsiniz”.

 

Son zamanlarda müxtəlif ölçüdə, diametrdə və sayda PUA hücumlarının dünyada daha təsirli olduğunu qeyd edən komitə sədri vurğulayıb ki, buna görə, təbəqəli quruluşun elementlərini bir-bir aktivləşdirmək lazımdır.

 

“Üç il əvvəl, yerli olaraq demək olar ki, heç bir müdafiə sistemimiz yox idi, sonra “Korkut” adlı sistem alt qat olaraq əvvəlcə işə başladı. Keçən il 4 kilometr yüksəkliyə və 8 kilometr mənzilə qədər təsirli olan çiyindən və avtomobildən atıla bilən “Sungur”u istifadəyə verdik. Sonradan “Hisar-A+” sistemi hündürlüyü və mənzili artıraraq işə düşdü. Bu yaxınlarda bu sistemin avtonom konfiqurasiyasını təqdim etdik. Bununla insan müdaxiləsi olmadan sistem gələn təhlükəni görür, hərəkətə keçir və zərbələr endirir ki, bu da əhəmiyyətli qabiliyyətdir. Bunun üzərinə “Hisar O+” inkişaf etdirdik. Bu vəziyyətdə 10 kilometrdən çox yüksəkliyə və təxminən 25 kilometr mənzilə çatacağıq. Bundan sonra, yüksək əməliyyat hündürlüyünə malik hava müdafiə sistemimiz olan “Siper”dən əvvəl bir ara məhsul gözləyirik. Bu, 100 kilometrə qədər təsirli məsafə və 20 kilometrdən çox yüksəklik ilə ön plana çıxacaq. Bundan sonra “Siper” gələcək”, - deyə Dəmir qeyd edib.

 

2018-ci ildə Müdafiə Sənayesi Komitəsi ilə ASELSAN-ROKETSAN-TÜBİTAK SAGE şirkətləri arasında Milli Uzun Mənzilli Hava Hücumundan Müdafiə Sisteminin (Siper) inkişafı üçün müqavilə imzalanıb. Ən azı 70 kilometr mənzilə malik olacaq “Siper” 8 raket buraxılış qurğusu ilə təchiz ediləcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh