Türkiyə, Ukrayna və Polşa arasında multimodal marşrut yaradılıb

Martın 30-dan etibarən Karasu limanı (Türkiyə) ilə Çernomorsk (Ukrayna) dəmir yolu-bərə keçidi və Slavkov şəhəri (Polşa) arasında multimodal yük daşımaları üçün yeni bir istiqamət açılacaq.
Report xarici mətbuata istinadən xəbər verir ki, bu barədə "Ukrayna Dəniz Limanlarının İdarəsi" (USPA) Dövlət Müəssisəsinin rəhbəri Oleksandr Golodnitskiy IV Ukrayna-Alman İqtisadi Forumu zamanı deyib.
Onun sözlərinə görə, marşrut Türkiyənin Karasu limanından Ukraynadakı Çernomorsk dəmir yolu-bərə kompleksindən Polşanın Slavkov şəhərinə qədər işləyəcək: “Yeni marşrut boyunca yük daşımalarını bir gün yarım sürətləndirəcək. Bir konteynerin Karasudan-Slavkova daşıma xərci isə 1,7 min avro olacaq”.
Xatırladaq ki, martın 5-də Ali Rada “Multimodal nəqliyyat haqqında” qanun layihəsini qəbul edib. Qanun layihəsinin məqsədi Ukraynada malların multimodal daşınmasının təşkilati və hüquqi əsaslarının tənzimlənməsi ilə yanaşı multimodal daşımalara dövlət dəstəyini təkmilləşdirməkdir.
Layihə çərçivəsində Ukraynada malların multimodal və kombinə daşınması konsepsiyası, multimodal terminal, multimodal nəqliyyat sənədi, operator və multimodal nəqliyyat müştərisi, multimodal nəqliyyat müqaviləsinin tərifini, onun əsas şərtlərini, tərəflərin hüquqları və tərəflərin öhdəlikləri, bu cür daşımalarda dövlət tənzimlənməsinin əsas prinsipləri və dövlət dəstəyi tənzimlənir.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












