Türkiyədə Azərbaycan hərbçilərinin qatıldığı təlimin növbəti mərhələsi başlayır

Türkiyə Silahlı Qüvvələrinin Azərbaycan hərbçilərinin iştirakı ilə keçirdiyi “Efes-2022” təliminin növbəti mərhələsi iyunun ikinci həftəsində keçiriləcək.
Avtosfer.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib. Məlumata görə, Egey bölgəsində ABŞ helikopterləri, haubitsaları və zirehli texnikası, həmçinin İtaliya, Azərbaycan, Bosniya və Herseqovina, Şimali Makedoniya hərbçiləri, Pakistan, Albaniya, Qazaxıstan, Qırğızıstanın həb gəmiləri iştirak edəcək. Təlimə 37 ölkədən mindən çox əcnəbi hərbçi qatılacaq. Egey bölgəsindəki ən böyük müştərək manevr olan “Efes-2022” cari ildə Türkiyə Silahlı Qüvvələrinin bölmələri və ümumilikdə 10 mindən çox şəxsi heyətin iştirakı planlaşdırılır. 2016-cı ildə 8 ölkənin, 2018-ci ildə isə 20 ölkə iştirak etdiyi halda, bu il 37 ölkənin qatılacağı “Efes-2022” ən iri miqyaslı təlim olacaq.
Mənbə: Anadolu Agentliyi
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ












