Maska taxmaqdan imtina edən sərnişin ona irad bildirən sürücüyə atəş açıb - VİDEO

Türkiyənin Konya şəhərində ictimai nəqliyyat avtobusunun sürücüsü sərnişinlərdən biri tərəfindən silahlı hücuma məruz qalıb.
Qeyd olunur ki, dayanacaqda avtobusun salonuna maskasız daxil olan sərnişin sürücünün və sərnişinlərin təkidinə baxmayaraq nəqliyyat vasitəsini tərk etmək istəməyib.
Lakin bir müddət sonra nəhayət onu avtobusdan düşürmək mümkün olub. Qəzəbi soyumayan sərnişin taksiyə əyləşərək avtobusu qabaqlayaraq növbəti dayanacaqda təkrar eyni marşruta daxil olaraq sürücüyə silahdan atəş acıb.
Nəticədə yaralı sürücü avtobus dayandırıb və dərhal qapıları açaraq sərnişinlərin salonu tərk etməsinə imkan yaradıb.
Baş vermiş hadisənin bir neçə saniyəlik epizodu ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.
Hazırda hüquq-mühafizə orqanları silahdan istifadə edən sərnişinin axtarışını aparır.///oxu.az
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?
Bu yolda təmir başlayır - Sürücülərin nəzərinə!
40 yaşlı sevgilisi tərəfindən öldürülən 24 yaşlı Fatimənin FOTOSU
Qeyri-neft sektorunun hansı sahələrinə yatırım edilməlidir? - İQTİSADÇI
Bakı limanında daşınan yük miqdarı çoxalması yollarda sıxlığa təsir edə bilər? - EKSPERT
“Sabah hansısa əsgərimiz Azərbaycana keçsə, kimi təhvil verəcəyik?” - Paşinyan












