"Tvindemiya" yeni virusdur? - AÇIQLAMA

Artıq 2 ilə yaxındır ki, dünya "COVID-19" xəstəliyi ilə mübarizə aparır. Bu bəla bitmədən digər adlarda viruslar aşkarlanır, alimlər yeni bir təhlükədən, ikiqat zərbədən qorxurlar. Əgər 90% ölkələrdə gözlənilən dördüncü dalğa mövsümi qrip, soyuqdəymə, respirator viruslar dalğası ilə qarışıb, üst-üstə düşsə, "Tvindemiya" – yəni ikiqat pandemiya baş verə bilər. Belə bir ssenari nə vəd edir, alimlər hansı xəbərdarlığı edirlər? Proqnozlara görə, bu hal bir çox ölkələrdə xəstə və ölənlərin sayını 2-3 dəfə artıracaq, səhiyyə yüklənəcək, kimin "COVİD", kimin qrip olmasını aydınlaşdırmaq çətinləşəcək və vəziyyət kəskinləşəcək.
Məsələ ilə bağlı Sonxeber.az-a infeksionist Nicat Əzimli açıqlama verib.
O, bəzilərinin "Tvindemiya" terminini səhvən yeni virus kimi anladıqlarını qeyd edib:
""Tvindemiya" terminini işlədə bilməyimiz üçün 2 müəyyən törədicinin eyni zamanda pandemiya törətməsi lazımdır. Qrip və digər qripəbənzər respirator infeksiyalar mövsümi şəkildə həmişə olub, lakin uzun illərdir ki, bu viruslar pandemiya həddinə çatmayıb. Buna görə də sözügedən xəstəliklərin ortaya çıxmasına normal yanaşılmalıdır və "qoşa pandemiya"dan danışmağa heç bir əsas yoxdur.
Bəli, qapanmalara gedilməməsi bu cür virusların törətdiyi xəstəliklərin də artmasına və koronavirusun differensial diaqnozunun çətinləşməsinə gətirib çıxara bilər. Amma bunun da çarəsi var. Həkim-infeksionistin işi də elə budur. Xəstəliklərin bir-birindən fərqli simptomları olur və digər fərqləndirici müayinə metodları ilə bunları ayırmaq mümkündür".
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?
Bu yolda təmir başlayır - Sürücülərin nəzərinə!
40 yaşlı sevgilisi tərəfindən öldürülən 24 yaşlı Fatimənin FOTOSU
Qeyri-neft sektorunun hansı sahələrinə yatırım edilməlidir? - İQTİSADÇI
Bakı limanında daşınan yük miqdarı çoxalması yollarda sıxlığa təsir edə bilər? - EKSPERT












