«Uber»də taksi sürücüsü işləməzdən əvvəl - Bunları mütləq bilin
Facebookda statuslarının birində «Uber» taksi xidməti haqda yazıya şəhrh yazan bir sürücünün dedikləri maraqla qarşılanıb. Avtosfer.az həmin sürücünün yazdıqlarını oxucuların diqqətinə çatdırır. Ümid edirik ki, bu barədə yazılanlar «Uber»lə işləmək istəyən sürücülər üçün faydalı olacaq və səhv qərar verməyəcəklər.
«İki ay «Uber»lə işləmişəm və öz təəssüratlarımı sizinlə paylaşmaq istəyirəm.
Bunu deməliyəm ki «Uber»də pul çox az verilir, şərtlər, tələblər isə çox ağırdır. Bir qoşulan sevinir, birdə çıxan. Mənfi cəhətlər nədir:
1. Sifariş gəldikdə, müştərinin olduğu yerə getmək. Sistem 3 km ətrafda müştəri olduqda sorğu göndərir, amma bu düz xətt üzrə olduğu üçün yolla getdikdə bu məsafə təxmini hesabla, 5-6 km yol edir. Bu məsafəyə görə ödəniş olunmur.
2. Demək olar ki, 99 faiz hallarda müştəriyə zəng etməli olursan və telefon xərcini isə sənə heç kəs ödəmir. Halbuki ölkəmizdə olan öz taksi şirkətlərimizin bir çoxu ünvanı dəqiqliyi ilə qeyd edirlər və maksimum 2.4 km məsafəyə uyğun sifariş verirlər.
3. Taariflər çox aşağıdır və təbii ki, bu cür qiymətləri rəqabətə görə müəyyən ediblər ki, rəqiblərindən öndə olsunlar. Ona görə də calışıb yalnız yüksək zəmanətli vaxtlarda işləmək və pik vaxtda lazım olan yerdə olmaq lazımdır. Əks halda, gəlir cox aşağıdır.
Məsələn, «28 May»dan «Neftçilər»ə mütəri aparsan, sənin gəlirin maksimum 2-3 AZN olacaq. Müştərilər hətta məzələnirlər.
Dəyirlər ki, biz öz maşınımızı qoyuruq evdə və qiymətləri çox ucuz olduğu üçün «Uber»dən istifadə etmək daha sərfəlidir.
4. Bakıdan qırağa cıxdıqda isə 90 faiz hallarda geriyə boş qayıdırsan. adətən axın bir istiqamətdə olur, «Uber» yalniz 20 km-dən çox yol apardıqda və çox uzaq qəsəbələrə getdikdə geri dönüş üçün 2.5 azn pul odəyir. O da ki, qazancının maksimum 4-5 manat olduğunu göstərir.
5. Aylıq xərclər: vergi 18 AZN, DSMF 21 AZN. Bunu da əlbətdə ki, siz ödəməlisiniz. Yerli şirkətlərdə də özün ödəyirsən. Lakin qazancın buna imkan verir.
6. Yeni qoşulduqda 20 AZN hesab açılması üçün xərc.
7. Ayda ən azı 8 dəfə maşının yuyulma xərci. Minimum 3 manatdan saysaq 24 manat edir.
8. Bütün günü şəhərdə maşın sürmək lazımdır və qaydaları pozmamaq, cərimələnməmək mümkün deyil. Bir aya ən azı 1-2 cəriməniz olacaq.
9. Maşınına insafla yanaşan sürücü ayda bir dəfə maşının yağını, filtrlərini və s. detalları dəyişməlidir, təmir etdirməlidir. (km-dən asılı olaraq).
Mən burda antireklamla məşğul olmuram. Ancaq real faktları deyirəm və vətəndaşlıq borcumu yerinə yetirirəm. Düşünürəm ki, NİİM buna dair bir tədbir görməlidir. Düşünməlidir ki, hansısa xarici şirkət gəlib Azərbaycanda özünə iş qurub və sadəcə öz gəlirini güdür. İşçiləri üçün sabaha pul toplamaqları üçün heç bir şərait yaratmayıb.
İndi isə papağınızı qoyun qarşınıza və fikirləşin. Necə deyərlər, uzaqdan zurna səsi adama xoş gəlir.
Mən mənfi cəhətləri göstərirəm ki, qərar verməyiniz asan olsun, mənim kimi şirniklənib «Uber»ə qoşulub sonra peşman olmayasınız.
Müsbət cəhətləri də gördüm 1. Sərnişinlər adətən çox mədəni, ziyalı insanlar olur ki, onları daşımaq xoşdur.
2. Qrafik tam sərbəstdir. Nə vaxt istəsəz, nə qədər istəsəniz işləyə bilərsiz.
3. Zəmanət və bonuslar cədvəli var ki, müəyyən saatlarda minimal qazanc zəmanəti verilir və pik vaxtı əsasən mərkəz rayonlarda taarif artır və nisbətən daha çox qazanc əldə etmək olur.
Sizi inandıra bilərəm ki, bizim öz yerli taksi şirkətlərimizin xidməti heç də geri qalmır. Bu yazı bir reklam olmuş olsa idi təbii ki, nümunə üçün bir şirkət adı çəkərdim».