Üç məhkəmə hakiminin səlahiyyətinə xitam verilib

Hakimlərin fəaliyyətinin hərtərəfli və prinsipial qiymətləndirilməsi məqsədilə Məhkəmə Hüquq Şurası tərəfindən təsdiq edilmiş yeni Qaydalara uyğun olaraq, cari ildə 117 hakimin fəaliyyəti qiymətləndirilib, 14 nəfərin fəaliyyətində peşəkar çatışmazlıqlar müəyyən olunaraq işdə dönüş yaratmaları üçün 6 ay vaxt verilib, 3 nəfərin isə səlahiyyətlərinə xitam verilib.
Bu barədə Məhkəmə-Hüquq Şurasının videokonfrans formatında iclasında bildirilib.
Hakimlərin fəaliyyətinin qiymətləndirilməsi Qaydalarının yeni qanunvericiliyə uyğun təkmilləşdirilməsi ilə bağlı müvafiq qərar qəbul edilib. Bu ilin sonunadək fəaliyyətlərinin qiymətləndirilməsi nəzərdə tutulmuş daha 120 hakimlə bağlı hərtərəfli təhlillərin aparılması və nəticələrin Şuranın iclasına çıxarılması üzrə konkret tapşırıqlar verilib.
Şuranın iclasında qanunvericiliyin tələblərinin, çəkişmə prinsipinin və icra intizamının pozulmasına, süründürməçiliyə yol verildiyinə və digər nöqsanlara görə birinci instansiya və apellyasiya məhkəmələrinin 5 hakiminin intizam məsuliyyəti məsələsinə baxılıb, eyni xarakterli pozuntulara görə bir sıra hakimlər barədə intizam icraatları başlanılıb.//Apa
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?
Bu yolda təmir başlayır - Sürücülərin nəzərinə!
40 yaşlı sevgilisi tərəfindən öldürülən 24 yaşlı Fatimənin FOTOSU
Qeyri-neft sektorunun hansı sahələrinə yatırım edilməlidir? - İQTİSADÇI
Bakı limanında daşınan yük miqdarı çoxalması yollarda sıxlığa təsir edə bilər? - EKSPERT
“Sabah hansısa əsgərimiz Azərbaycana keçsə, kimi təhvil verəcəyik?” - Paşinyan












