Üç min dollar borca görə 6 avtomobilin hamısına həbs qoyuldu - VİDEO

Üç min dollar borca görə 40-50 min manat dəyərində olan 6 avtomobilə həbs qoyulub. Paytaxtın Binəqədi Rayonu Rəsulzadə qəsəbəsində yaşayan İlqar Ələsgərov ötən ilin aprel ayında baş etibarnamə ilə minik avtomobili alıb. Bir müddət əvvəl maşını öz adına rəsmiləşdirmək istədikdə isə problemlə üzləşib. İlqar Ələsgərova bildirilib ki, avtomobilin rəsmi sahibinin banka borcu olduğu üçün əmlakına həbs qoyulub. Bu maşın da həbs qoyulan əmlaka daxildir.
İlqar Ələsgərovun sözlərinə görə, məsələ ilə bağlı qərarı çıxaran məhkəməyə müraciət ediblər. Oradan bildirilib ki, yalnız borc ödəndikdən sonra avtomobilin üzərindəki həbs götürülə bilər.
Hüquqşünas Anara Ramazanov deyir ki, kiçik məbləğli borca görə 6 avtomobilin üzərinə həbs qoymaq düzgün deyil.
Anar Ramazanov bildirir ki, İlqar Ələsgərov maşının rəsmi sahibi ilə birlikdə məhkəməyə müraciət edərək həbsi ləğv etdirə bilər. Etibarnamə və alqı-satqı ilə bağlı digər sənədləri də sübüut kimi məhkəməyə təqdim etməlidir.Borclu şəxs həmçinin məhkəmədə iddia qaldıraraq həddən artıq əmlakına həbs qoyulduğu üçün dəyən maddi və mənəvi zərəri də bankdan tələb edə bilər.
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ












