Ucarda şəhid Vüqar Ələkbərovun anım mərasimi keçirilib - FOTO

İşğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda gedən Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalmış DİN-in Daxili Qoşunlarının hərbi qulluqçusu, gizir Vüqar Ələkbərovun bu gün il mərasimi keçirilib.
Avtosfer.az-ın məlumatına görə, Rayonun Qazyan kəndində keçirilən mərasimdə Daxili İşlər Nazirliyinin və Ucar Rayon Polis Şöbəsinin əməkdaşları, Daxili Qoşunların hərbi qulluqçuları şəhidin məzarını ziyarət edərək önünə əklil qoyub, üzərinə tər çiçəklər düzüblər.
Mərasimdə iştirak edənlər şəhidin ömür yolundan, eləcə də Vətən müharibəsi zamanı iştirak etdiyi hərbi əməliyyatlarda göstərdiyi igidliklərdən danışaraq, mərdliklə vuruşub şəhidlik zirvəsinə ucalmasından qürur duyduqlarını bildiriblər.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə gizir Vüqar Ələkbərov ölümündən sonra “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?
Bu yolda təmir başlayır - Sürücülərin nəzərinə!
40 yaşlı sevgilisi tərəfindən öldürülən 24 yaşlı Fatimənin FOTOSU
Qeyri-neft sektorunun hansı sahələrinə yatırım edilməlidir? - İQTİSADÇI
Bakı limanında daşınan yük miqdarı çoxalması yollarda sıxlığa təsir edə bilər? - EKSPERT












