Ucarda 14 yaşlı uşaq avtomobillə «at oynadır» - QƏZA

Bu gün təxminən saat 18:00 radələrində Ucar rayonun mərkəzində - Oğuz küçəsi ərazisində azyaşlı İbrahimov Məhəmmədəli Qurban oğlu idarə etdiyi «VAZ-2107» markalı, 10 UL 098 dövlət nömrə nişanlı avtomobillə qəza törədib. Bu barədə Avtosfer.az-a Ucar rayon sakini Zakir Xəlil oğlu Ələkbərov məlumat verib. O bildirib ki, saatda 100 km sürətlə hərəkət edən «07» qarşıdan gələn «VAZ-2106» markalı, 10 KL 591 dövlət nömrə nişanlı avtomobilə çırpılıb. Avtomobillərə ciddi zərər dəysə də, xəsarət alan olmayıb. Avtomobil qəzası yaxınlıqda yerləşən bankların və ticarət obyektlərinin müşahidə kameralarına düşüb. Amma qəzadan sonra hadisə yerinə gəlmiş azyaşlının valideyini israrla avtomobili özü idarə etdiyini bildirib. Həmin azyaşlının rayonda tez-tez sürətlə avtomobil sürməsi daima təhlükə yaradır və sakinlər bundan narahıtdır.
Zakir Ələkbərov bildirib ki, qəza törədən İbrahimov Məhəmmədəli Qurban oğlunun 14 yaşı var.
Faktla bağlı Ucar RPŞ-də araşdırma aparılır.
Fərid
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək












