Ucarda oğurluq edən Göyçay rayon sakini saxlanılıb - FOTO

Ucar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində oğurluq edən şəxs saxlanılıb.
Avtosfer.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri ilə avqust ayının 15-də rayonun Küçəkənd kəndi ərazisində yerləşən mağazaların birinə dam hissəsini qıraraq qanunsuz daxil olan və oradan pul, müxtəlif növ siqaret və bir ədəd mobil telefon oğurlayan Göyçay rayon sakini, 29 yaşlı Yunis Quliyev saxlanılıb.
İstintaq zamanı saxlanılan şəxsin ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində onun sentyabr ayının əvvəlində Ucar rayonu Alpout kəndi ərazisində yerləşən mağazaların birinə oğurluq etmək məqsədilə qanunsuz daxil olduğu, lakin bu zaman obyekt sahibi ilə qarşılaşdığından ona vintaçanla xəsarət yetirərək hadisə yerindən qaçdığı da müəyyən edilib. Həmçinin Y.Quliyevin yaşadığı Göyçay rayonu ərazisində yerləşən bir mağazadan müxtəlif növ siqaret oğurladığı da şöbə əməkdaşları tərəfindən sübuta yetirilib.
Dindirilmə zamanı Y.Quliyev törətdiyi əməlləri etiraf edərək, əldə etdiyi pulları xərclədiyini, siqaretləri isə satdığını bildirib. Bir ədəd mobil telefon isə maddi sübut kimi ondan götürülüb.
Faktlarla əlaqədar Ucar RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb. Onun digər analoji hadisələr də iştirakının olub-olmaması araşdırılır.
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?
Bu yolda təmir başlayır - Sürücülərin nəzərinə!














