"Ucarda polislər bizi məcburi peyvənd etdirmək istəyir" - İDDİA + DİN-dən AÇIQLAMA

Ucar rayon sakini Mircəlal Məcidov polis tərəfindən koronavirus əleyhinə vaksinasiya olunmağa məcbur edildiyini iddia edir.
Avtosfer.az "qafqazinfo"ya istinadla xəbər verir ki, vətəndaşın sözlərinə görə, Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən təzyiqlərə məruz qalıb: “Yaxınlarım, qohumlarım və özüm vaksinasiyaya məcbur edilərək basqıya məruz qalmışıq. Ucar rayonu ərazisində polis əməkdaşları qanunsuz olaraq bizi məcburi peyvənd etdirmək istəyir. İmtina etdikdə qəsdən bizə "ilişməyə" başladılar. Ucar rayonu, “Dörd yol” adlanan ərazidə yolda dayandığım vaxt mülki maşında olan polis əməkdaşı məndən vaksinasiya olunub-olunmadığımı soruşdu. “Yox” cavabı aldıqdan sonra məni məcburi maşına otuzdurub vaksin vurdurmaq üçün aparmağa cəhd etdi. Həmin polis əməkdaşı özü maşında maskasız idi və polisə yaraşmayan formada xidmət aparırdı. Vaksinasiya könüllüdür, məcburi yox”.
M.Məcidov şikayətində bildirib ki, ona təzyiq göstərən şəxs polis formasında, lakin mülki maşında olub: "Hadisəni həmin ərazidə dayanan taksi sürücüləri də gördülər. Ümumiyyətlə Ucar rayonunda bu hal birinci dəfə deyil yaşanır. Kənddə yaşayan qohumlarım polislər tərəfindən vaksinasiya olunmağa məcbur ediliblər. Məsələ ilə bağlı "102 qaynar xətti"nə və Ucar rayon Prokurorluğuna da müraciət etmişəm".
Məsələ ilə bağlı DİN-in Mətbuat Xidməti ilə əlaqə saxladıq. Xidmətin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov bildirib ki, Ucar rayonu ərasində vaksinasiyadan keçməyən vətəndaşların məcburi qaydada vaksinasiyaya aparılması ilə bağlı iddialar həqiqəti əks etdirmir: “Polisin bununla bağlı tədbiri olmayıb. Polis əməkdaşları yalnız Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən COVID-19 pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən nəzarət-profilaktiki tədbirlər həyata keçirirlər”.
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı












