Üçüncü dünya müharibəsi bu yerlərdən başlaya bilər - “The Sun” açıqladı

Amerikanın “The Sun” qəzeti üçüncü dünya müharibəsinin başlaya biləcəyi yerləri göstərən dünya xəritəsini çəkib.
Xəritə qəzetin saytında yerləşdirilib.
Müəlliflərin fikrincə, qlobal hərbi toqquşma Tayvan adasında (Çin iddia edir), Kəşmirdə (Hindistan və Pakistan arasındakı mübahisəli bölgə), Hörmüz Boğazı (İran və Birləşmiş Ərəb Əmirliklərinin sularında yerləşir) və Şimali Koreya ilə ABŞ-ın nüvə raketləri ilə qarşılıqlı zərbələri ilə başlaya bilər.
Bundan başqa, müəlliflər üçüncü dünya müharibəsinin Türkiyə və Suriya arasında qarşıdurmalardan, həmçinin İran və İsrail arasındakı nüvə müharibəsi ilə başlaya biləcəyini ehtimal edirlər. Ancaq “The Sun” ABŞ və Çin arasında qlobal qarşıdurmaya çevriləcək Tayvan uğrunda müharibəni ən çox ehtimal olunan ssenari hesab edir.
Xatırladaq ki, sentyabrın 10-da Çin lideri Si Cinpin bildirib ki, Çinlə ABŞ arasındakı əməkdaşlıq bütün dünyaya fayda verəcək və dövlətlər arasındakı müharibə isə bütün Yer planetini təhlükəyə atacaq. Onun sözlərinə görə, ölkələr arasındakı mövcud münaqişə vəziyyətinin səbəbi ABŞ-ın Çinə qarşı siyasətidir.///qafqazinfo
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı












