Ukraynada yaralanmış azərbaycanlı sürücü Vətənə qayıtdı - FOTO

Bu il fevralın 28-də Ukraynanın Xarkov şəhərində baş vermiş toqquşmalar zamanı ağır güllə yarası almış Azərbaycan vətəndaşı Samir Tahirov Vətənə qayıdıb.
Bu barədə Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası (ABADA) məlumat yayıb.
O, Azərbaycan hökumətinin dəstəyi ilə Gülhanə Hərbi Tibb Akademiyasında 3 aylıq müalicə keçib.
Qeyd edək ki, S.Tahirov yaralandıqdan sonra ilk olaraq Xarkovdakı Balakleya Klinik Xəstəxanasına yerləşdirilib. O, iki dəfə əməliyyat olunsa da, vəziyyəti kritik ağır kimi qiymətləndirilib. S.Tahirov martın 18-də humanitar dəhliz vasitəsilə xüsusi təcili tibbi yardım avtomobili ilə Moldovaya təxliyə edilib, bu ölkənin paytaxtı Kişinyovdakı xəstəxanalardan birinə yerləşdirilib.
O, əlavə iki cərrahiyə əməliyyatı keçirib, həyati riski, yaralının daha peşəkar və ixtisaslaşmış tibb müəssisəsində yekun əməliyyat və müalicə olunması zərurəti nəzərə alınaraq, aprelin 1-də təcili tibbi yardım təyyarəsi ilə Türkiyənin paytaxtı Ankaraya aparılaraq Gülhanə Hərbi Tibb Akademiyasına yerləşdirilib. Türk həkimlərin səyləri nəticəsində S.Tahirov sağlamlığına qovuşub
MİDA-nın adından dələduzluq edən tanınmış həkim imiş
Toy menyuları bahalaşıb: Qiymətlər 400 manata çatır
Sürücülərin NƏZƏRİNƏ: Bakıda yol bağlanacaq
Ağdama köç şəhərdə nəqliyyat sistemini necə formalaşdıracaq? - EKSPERT
İlham Əliyev Fərman İMZALADI
Bakının bu küçələri BAĞLI OLACAQ
Bakıda 46 küçədə təmir işləri yekunlaşıb, 32 km uzunluğunda YOL YENİLƏNİB
Azərbaycanda uşaqpulu bərpa edilir?
Kəmaləddin Heydərovun oğullarından Hollivud layihəsinə sərmayə - Kassada uğursuz oldu
Tulin Ələkbərova və tələbəsi azadlığa buraxıldılar
Sudan xüsusi məqsədlərlə istifadəyə görə ödənişlər bu gündən qüvvəyə minir - RƏSMİ











