UNICEF-in avtomobili Qəzzanın girişində atəşə tutulub

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) avtomobili Qəzza zolağının şimalına giriş etməyi gözləyərkən atəşə tutulub.
Avtosfer.az xəbər verir ki, bu barədə təşkilatın Yaxın Şərq və Şimali Afrika üzrə ofisinin “X” sosial şəbəkəsindəki səhifəsində yerləşdirilən məlumatda deyilir.
“Aprelin 10-da Qəzzanın şimalına giriş üçün gözləyən UNICEF avtomobili atəşə tutulub, atəş döyüş patronları ilə həyata keçirilib”, - fondun ofisindən bildirilib.
İnsidentlə bağlı məlumat İsrail hökumətinə çatdırılıb. Avtomobildə olan insanların sayı və dəymiş ziyanın həcmi barədə məlumat verilməyib.
“Təəssüf ki, humanitar təşkilatların işçiləri həyati vacib yardımı çatdırarkən ölüm riskləri ilə üzləşməyə davam edir”, - UNICEF-in regional ofisindən qeyd edilib.
report
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












