“Uşağımı canlı verdim, ölü aldım” - Dayə haqda şok iddia - VİDEO

Bakının Sabunçu rayonunda körpənin yıxılaraq ölməsi ilə bağlı daha bir təfərrüat məlumat olub.
Avtosfer.az Xəzər TV-yə istinadən xəbər verir ki, uşağın anası Ayşən İsmayılova övladının dayənin nəzarətsizliyi səbəbindən bir neçə dəfə yıxıldığını iddia edir.
"Mən uşağımı canlı verdim, ölü aldım. Uşağım yıxılıb, başından zərbələr alıb. Son iki gündə balam yıxılıb. İlk dəfə yıxılanda, sən demə, travma alıbmış. Dayə mənə dedi ki, elə-belədir, qorxma, heç nə yoxdur. Ona görə də övladımı yenidən dayənin yanına apardım. Sonra işə getdim. Dayə uşağı yenə yıxıb. Həkimlər uşağın ağır kəllə-beyin travması aldığını deyirlər", - deyə azyaşlının anası bildirib.
Mərhumun yaxınları uşağın dayə tərəfindən döyüldüyünü iddia edirlər. Onlar azyaşlının xəsarətlərinin adi yıxılma nəticəsində yaranmadığını bildirirlər:
"Mənim nəvəmi döyə-döyə, çırpa-çırpa öldürüb", - deyə azyaşlının nənəsi bildirib.
Dayənin ailəsi tərəfindən xəstəxanaya aparılan uşağın həyatını xilas etmək mümkün olmayıb. Azyaşlının cəsədi dəfn olunmaq üçün ailəsinə təhvil verilib.
Azərbaycanın ən böyük suvarma kanalında işlər nə yerdədir? - FOTO
Vasif Talıbovun qardaşının əmlakına görə məhkəmə çəkişməsi
İdman zalında ölən şəxslərin yarılmasına, araşdırmasına onların qohumları imkan vermir – ADİL QEYBULLA
Taksi sürücüləri üçün vacib xəbər - TARİX AÇIQLANDI
Xalq artisti vəfat etdi - FOTO
Sabunçuda küçə bərbad vəziyyətdədir: Avtobuslar çətinliklə hərəkət edir - VİDEO
Sabirabadda “Təmiz hava aylığı” ilə bağlı profilaktik tədbir keçirildi
Bu yollar sabahdan bağlı olacaq - Sürücülərin nəzərinə!
Ramiz Mehdiyevin "Sədərək" Ticarət Mərkəzində obyektləri olub?
Ankarada keçiriləcək Zirvə toplantısı Türkiyə-Azərbaycan münasibətlərinə təsir edə biləcək? - POLİTOLOQ
Ramiz Mehdiyevə HÖKM OXUNDU












