Banner

Kartdan-karta əməliyyatlarda tətbiq edilən limitlər heç bir effekt vermədi – NATİQ CƏFƏRLİ

Xəbərlər 29 Oktyabr 2026 22:03
Kartdan-karta əməliyyatlarda tətbiq edilən limitlər heç bir effekt vermədi – NATİQ CƏFƏRLİ
WhatsApp kanalımıza abunə olun

Azərbaycanda kartdan-karta pul köçürmələrinə tətbiq edilən məhdudiyyətlər fonunda dövriyyədə olan ödəniş kartlarının sayı sürətlə artıb. Ekspertlər bu dəyişikliklərin vətəndaşları və sahibkarları alternativ ödəniş üsulları axtarmağa sövq edə biləcəyini əvvəlcədən proqnozlaşdırırdılar.

Avtosfer.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının açıqladığı statistikaya əsasən, 2026-cı il sentyabrın sonuna ölkədə dövriyyədə olan ödəniş kartlarının sayı 23 milyon 388 minə çatıb. Bu, avqust ayının sonu ilə müqayisədə 414 min kart və ya 1,8 faiz artım deməkdir.

Mövcud göstərici ölkədə hər bir vətəndaşa, o cümlədən uşaqlara düşən kart sayının təxminən 2,5-ə yaxınlaşdığını göstərir. Bununla belə, kartların sayındakı artımın birbaşa yeni məhdudiyyətlərlə əlaqəli olduğunu yalnız statistik göstəricilər əsasında demək mümkün deyil. Xatırladaq ki, 2026-cı il avqustun 1-dən kart əməliyyatları ilə bağlı yeni məhdudiyyətlər qüvvəyə minib. Qaydalara əsasən, kartdan-karta köçürmələrin sayı və ümumi məbləği üzrə limitlər müəyyən edilib. Belə ki, gündəlik əməliyyatların sayı məhdudlaşdırılsa da, gündəlik köçürmə məbləği üçün ayrıca hədd nəzərdə tutulmayıb. Kartdan-karta köçürmələrin ümumi aylıq məbləği isə 20 min manatla məhdudlaşdırılıb. Müştərinin özünə məxsus kartlar arasında apardığı əməliyyatlar bu limitlərə daxil deyil.

Kartdan-karta köçürmələrə tətbiq edilən məhdudiyyətlər fonunda bank kartlarının sayının bir ayda 414 min artmasını nəzərə alsaq, bu qaydalar iqtisadiyyatda şəffaflığı artırmağa nə dərəcədə nail olur?

İqtisadçı Natiq Cəfərli Avtosfer.az-a müsahibəsində bildirib ki, bu qaydalar heç bir effekt vermədi və effekt verə də bilməz. Çünki səhv alətlərlə problemlərlə mücadilə etmək, mübarizə aparmaq doğru deyil:

"Bu problemin kökündə duran əsas məsələ vergidən yayınmaqdırsa, vergidən yayınmanın nəyə görə baş verdiyi ciddi müzakirə olunmalı və o problem aradan qaldırılmalıdır. Yəni, elə bir sistem qurulmalıdır ki, iş adamlarının ümumiyyətlə vergidən yayınmaq kimi bir fikri olmasın. Bu nöqteyi-nəzərdən, tətbiq olunan məhdudiyyətlərin ciddi effekt verəcəyini düşünmürəm, ilk gündən də bu fikirdə idim. Ona görə də həmişə vətəndaşlar müxtəlif yollarla məhdudiyyətlərdən yan keçməyin yollarını tapırlar. Yəni, vergidən yayınma probleminin aradan qaldırılması üçün yeni vergi məcəlləsinə ehtiyac var".

Türkan Ülvi

Oxunub : 98
ŞƏRH YAZ
Ad

E-mail

Şərh