Üzən körpü sel təhlükəsinə qarşı möhkəmləndirilir - FOTO

Laçında ardıcıl yağan güclü yağışlar səbəbi ilə yaranmış təhlükə üzündən Laçın şəhərində, Həkəri çayı üzərində salınmış üzən körpünü daha etibarlı konstruksiya ilə əvəz etmək üçün işlərə başlanılıb. Bakı Abadlıq Xidmətindən verilən məlumata görə, qabaqlayıcı tədbir kimi, körpünün bir tərəfi açılaraq, suyun toplanmasının qarşısı alınıb. İlkin mərhələdə üzən körpünün sel təhlükəsindən qorunması üçün qaldırılması nəzərdə tutulub. Bunun üçün əraziyə texnika və canlı işçi qüvvəsi cəlb edilib. Yaxın vaxtlarda çay üzərində daha mötəbər körpünün salınması üçün layihənin müzakirəsi aparılır.
Qeyd edək ki, Həkəri çayı üzərindəki körpü Bulvar ərazisində çayın sağ və sol sahillərini birləşdirməklə, əhalinin asudə vaxtlarında gəzintisinin daha da yaxşılaşdırılmasını təmin etmək üçün salınıb.




Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












