Üzərində “Kalaşnikov” gəzdirən şəxs ələ keçdi - FOTO

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbiri nəticəsində üzərində qanunsuz odlu silah-sursat gəzdirən şəxs tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, şöbəyə daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün bir neçə dəfə məhkum olunmuş şəhər sakini Azər Yusifov saxlanılıb. Onun üzərinə baxış zamanı 1 ədəd “Kalaşnikov” markalı avtomat, 30 ədəd patron və daraq aşkar edilərək götürülüb. Araşdırma zamanı izahatı alınan A.Yusifov avtomatı bir neçə il əvvəl tapdığını və özündə saxladığını bildirib. Həmin şəxsdən götürülən silah-sursat ekspertizaya təqdim olunub və ekspertizanın da rəyinə əsasən avtomatın atəşə yararlı olduğu müəyyən edilib.
Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində cinayət işi başlanılıb, zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO












