Vəhşi heyvanların öldürdüyü polisin xanımından - Nazirə müraciət

Xidmət zamanı xəsarət alaraq vəfat edən polisin ailəsi Daxili işlər naziri Ramil Usubova müraciət edib. Sabirabad rayon Polis Şöbəsinin sahə müvəkkili işləmiş Tağı Tağıyevin həyat yoldaşı Gülbəniz Tağıyeva “Qafqazinfo”ya müraciət edərək iki oğlunun polis sistemində işlə təmin olunmasını istədiyini bildirib: “Həyat yoldaşım, polis kapitanı Tağı Tağıyev 2003-cü ildə xidmətdə olarkən vəhşi heyvanların hücumuna məruz qaldı, 3 ay sonra aldığı xəsarətlərdən vəfat etdi. O, 17 il polis sistemində xidmət edib, Qarabağ döyüşlərində vuruşmuşdu. Müharibədə də yaralanıb “Qarabağ əlili” adını almışdı”.
Hacıqabul rayonun Talış kənd sakini G.Tağıyeva 5 nəfərdən ibarət ailənin başsız qaldığını söyləyib: “Dörd uşağı zülm-zillətlə, min bir əziyyətlə, mərhum yoldaşımın təqaüdü ilə böyütmüşəm. Allah şahiddir ki, bu 13 ildə nələr yaşamışam. Sonra iki oğlum hərbi xidmətini Daxili Qoşunlarda edib, böyük oğlum Anar 2010-cu ildə, kiçik oğlum Yaşar isə 2011-ci ildə tərxis olunub. İndi ən böyük arzum budur ki, oğlanlarımdan heç olmasa biri atalarının geyindiyi polis formasını geyinsin, onun şərəfli yolunu davam etdirsin, dövlətinə qulluq göstərsin”.
Azərbaycana gətirilən bu yağlarda təhlükəli maddə AŞKARLANDI
Bakının bir sıra küçələrində hərəkət MÜVƏQQƏTİ MƏHDUDLAŞDIRILACAQ
Samuxda qarayara xəstəliyi təsdiqləndi – Nazirlikdən AÇIQLAMA
Kəlbəcərdə mina partlayışı baş verib, xəsarət alan var
Prezident bu qanunu təsdiqlədi
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olundu
Həbsdə olan Elman Paşayevin 36 milyonluq maşını hərraca çıxarıldı - FOTO
Xocavənddə mina partlayışı zamanı xəsarət alanlar hospitalizasiya olunub - YENİLƏNİB
Nazir müşavirinə yeni VƏZİFƏ VERİLDİ
“David Selivestrov”un vəkili SENSASİON AÇIQLAMALAR VERDİ - Bayıldakı ofis fəaliyyətini dayandırdı - FOTO
Jalə Bədirovaya yüksək vəzifə VERİLDİ










