Vəkillər Kollegiyası maarifləndirici video çarx hazırlayıb - VİDEO

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (ARVK) dövlət hesabına hüquqi yardımla bağlı maarifləndirici sosial çarx hazırlayıb.
Kollegiyadan Avtosfer.az-a verilən məlumatda bildirilib ki, Azərbaycan Respublikasının Prezidentinin 26 iyul 2023-cü il tarixli Fərmanı ilə qüvvəyə minmiş Mülki Prosessual Məcəlləyə edilmiş dəyişikliyə əsasən, həmin Məcəllə ilə müəyyən edilmiş hallarda, vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxs maraqlarının təmsil olunması və prosessual hüquqlarının həyata keçirilməsi üçün dövlət hesabına peşəkar hüquqi yardım almaq hüququna malikdir.
“Lakin həmin kateqoriyadan olan şəxslərin əksəriyyəti qanunvericiliyə qeyd edilən dəyişikliklərdən məlumatsız olduğundan birinci və apellyasiya instansiya məhkəmələrində dövlət hesabına hüquqi yardımdan lazımi qaydada yararlanmırlar. Bunu görə də aztəminatlı şəxslərə dövlət tərəfindən göstərilən qayğının nəticəsi olaraq həmin təbəqədən olan şəxslərin hüquqi yardıma çatımlılığını və vətəndaş məmnunluğunu təmin etmək məqsədi ilə Vəkillər Kollegiyası tərəfindən Bakı şəhərində və regionlarda bir çox maarifləndirmə tədbirləri həyata keçirilir. Eyni zamanda aztəminatlı şəxslərin dövlət hesabına hüquqi yardımla təmin edilməsi bir növ sosial yönümlü olduğundan Vəkillər Kollegiyası tərəfindən bununla bağlı maarifləndirici video çarx hazırlanıb”, - məlumatda qeyd edilib.
Həmin maarifləndirici sosial çarxı təqdim edirik:
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO












