Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib

Cari ilin dekabr ayının 20-də Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (ARVK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.
İclasda çıxış edən Kollegiyanın sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti barədə məlumat verib.
İclas gündəliyinə uyğun olaraq, “Azərbaycan vəkili” jurnalının yeni formatda buraxılışa verilməsi məsələsinə baxılıb və müsbət qərar qəbul edilib. Diqqətə çatdırılıb ki, baş redaktoru ARVK-nın sədri Anar Bağırov olan elmi-praktiki jurnal çapa hazırdır, redaksiya heyəti yerli və müxtəlif ölkələrin görkəmli hüquqşünas alimlərindən təşkil olunub, o cümlədən yeni beynəlxalq ISSN nömrəsi alınıb, eyni zamanda digər beynəlxalq qeydiyyatların alınması istiqamətində işlər gedir.
Həmçinin iclasda ARVK Rəyasət Heyəti Hüquqi Yardım və Tədris Mərkəzinin Əsasnaməsinə dəyişikliklərin edilməsi məsələsinə baxılıb və müsbət qərar çıxarılıb.
Bundan başqa, Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının (ELSA) Azərbaycan nümayəndəliyi tərəfindən təşkil olunacaq IX "Avropa İnsan Hüquqları Məhkəməsi Simulyasiyası" layihəsinə dəstək göstərilməsi, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə və Prezident İlham Əliyevin doğum gününə həsr edilən tələbələr arasında "Dəmir yumruq" hüquq sahəsində intellektual müsabiqənin qalib komandasının təltif edilməsi, o cümlədən Vəkillər Kollegiyasının Akademiyasının fəaliyyəti ilə bağlı təşkilatı məsələlərə baxılaraq, müsbət qərarlar çıxarılıb.
Eyni zamanda müxtəliflər nominasiyalar üzrə “İlin vəkili” mükafatının təsis edilməsi məsələsinə baxılıb. Qərara alınıb ki, Kollegiyada hər il “İlin vəkili” seçiləcək. Nəzərə çatdırılıb ki, bu il dövlət hesabına hüquqi yardım göstərən vəkillər sırasında ən çox uğurlu nəticə əldə edən vəkil “İlin vəkili” adına layiq görüləcək. Növbəti ildən etibarən isə həm dövlət hesabına, o cümlədən mülki, kommersiya, inzibati və cinayət işləri üzrə ən çox uğurlu nəticə qazanan vəkillər üçün də nominasiyalar təsis olunacaq.
Bundan əlavə, “İlin vəkil qurumu” mükafatının təsis edilməsi məsələsinə baxılıb və Rəyasət Heyəti tərəfindən müsbət qərar qəbul edilib. Bildirilib ki, il ərzində ən çox ödənişsiz hüquqi yardım aksiyasında iştirak edən vəkil qurumu “İlin vəkil qurumu” mükafatı adına sahib olacaq.
Daha sonra vəkillərin digər vəkil qurumuna keçməsi, bəzi vəkillərin öz istəyi ilə vəkillik fəaliyyətlərinə xitam verilməsi və dayandırılması və müəyyən müddətə üzvlük haqqından azad olunması barədə müraciətlərinə baxılıb, müvafiq qərarlar qəbul olunub.
İclasın davamında Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb və Rəyasət Heyəti tərəfindən müvafiq qərarlar çıxarılıb.
Sonda Kollegiyanın fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlərə baxılıb.


''Vaz'' dairəsi kimi tanınan ərazidə sürücülərə TƏHLÜKƏ - VİDEO
Əxlaq normalarını pozan İKİ UŞAQ ANASI SAXLANILDI
İki məktəbin fəaliyyəti dayandırılacaq - RƏSMİ
Bakı sakinlərinə ŞAD XƏBƏR - Tıxaclara çarə tapıldı
Bakıda bu yollarda məhdudiyyət ARADAN QALDIRILDI
Bu icra başçısı general rübəsində imiş - Maraqlı faktlar - FOTO
Bakıda əcnəbi işçilərə yüksək maaş verilməsinin səbəbi nədir?- AÇIQLAMA
Rövşən Tağıyev: "Skuterlərlə bağlı qayda pozuntuları ciddi təhlükə yaradır" - FOTO
Dəhşətli qəzada ölən Nazim, Firuzə və Pərvinin FOTOLARI
Bəzi marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilir
Bakıda yeni metro stansiyasının adı AÇIQLANDI










