Vergi borcu olanlara hansı qadağalar tətbiq edilir?

Vergi Məcəlləsinə əsasən, vergiödəyicisi vergi öhdəliyini müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, vergi orqanı hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün vergiödəyicisi olan fiziki və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət edə bilər.
Avtosfer.az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, mövzuya aydınlıq gətirən iqtisadçı Anar Bayramovun sözlərinə görə, kredit və digər borclar zamanı iddiaçı tərəf cavabdeh şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəmədən sənədin icra şöbəsinə getməsini gözləməlidir: “Amma vergi orqanlarının icra orqanlarına müraciət etmədən vergiödəyicisi olan şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüququ var. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə görə, məhkəmə xüsusi icraat qaydasında vergiödəyicisi olan şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işə baxa bilər”.
İqtisadçı, həmçinin qeyd edib ki, vergi orqanı məhkəməyə müraciət etmədən də vergiödəyicilərinin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edə bilər.
Məsələn, vergi orqanının iddiasına əsasən, hüquqi şəxsin rəhbərinin 1000 manat borcu olduğuna görə məhkəmə xüsusi icraat qaydasında onun ölkədən çıxışını məhdudlaşdırıb. Vergiödəyicisi həmin borcu ödədikdən sonra artıq vergi orqanı məhkəməyə müraciət etmədən, məhkəmə həmin şəxsin ölkədən çıxışına məhdudiyyətin götürülməsi barədə qərar qəbul edə bilir.
700 manat beh verib avtomobilini aldılar, qalan məbləği ödəmədilər - VİDEO
Bu yolda hərəkət məhdudlaşdırıldı: Sıxlıq yarandı - VİDEO
Bu xanım Agentliyə şöbə müdiri təyin edildi - FOTO
AYNA bəzi istiqamətlərdə müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarır
İlham Əliyev Fərman İMZALADI
Generalın zabit yoldaşları ilə NADİR FOTOSU yayıldı - FOTO
Bakının iki küçəsində hərəkət MƏHDUDLAŞDIRILACAQ
Saray qəsəbəsində niyə piyadalar üçün zolaqlar yoxdur? - VİDEO
DİN-in yeni vəzifəsi müəyyənləşib
“Bu hadisə milyonda bir belə olmur, şokdayıq” - “Şəki yaylası”nın direktoru
Bu dövlət qurumunda 130 nəfər ixtisara düşdü - Baş nazirdən QƏRAR










