Vətən müharibəsi qəhrəmanı, şəhid Şixamir Qaflanovun il mərasimi keçirilib - FOTO

Torpaqlarımızın düşmən işğalından azad edilməsi uğrunda gedən Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalmış DİN Daxili Qoşunlarının hərbi qulluqçusu, mayor Şixamir Qaflanovun Zaqatalada il mərasimi keçirilib.
Avtosfer.az xəbər verir ki, mərasimdə Daxili İşlər Nazirliyinin təmsilçiləri, Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları, Daxili Qoşunların hərbi qulluqçuları, rayon ictimaiyyəti, şəhidin ailə üzvləri və döyüş yoldaşları iştirak ediblər.
Əvvəlcə rayonun Üçüncü Tala kəndində şəhidin məzarı ziyarət olunub, önünə gül dəstələri düzülüb. Çıxış edənlər Şixamir Qaflanovun keçdiyi şərəfli ömür yolundan, döyüşlərdə göstərdiyi qəhrəmanlığından danışıb, parlaq xatirəsinin qəlblərdə əbədi yaşayacağını bildiriblər.
Qeyd edək ki, Şixamir Qaflanov Füzuli-Xocavənd istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Vətən müharibəsində hərbçi kimi peşəkarlığı, hünəri yüksək qiymətləndirilib. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı”, “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?
Bu yolda təmir başlayır - Sürücülərin nəzərinə!
40 yaşlı sevgilisi tərəfindən öldürülən 24 yaşlı Fatimənin FOTOSU
Qeyri-neft sektorunun hansı sahələrinə yatırım edilməlidir? - İQTİSADÇI
Bakı limanında daşınan yük miqdarı çoxalması yollarda sıxlığa təsir edə bilər? - EKSPERT













