Vətən müharibəsində şəhid olan gömrükçünün xatirəsi anıldı - Video

Bu gün gömrük əməkdaşları Anım Günü münasibətilə İkinci Fəxri xiyabanı ziyarət edib.
Avtosfer.az xəbər verir ki, gömrükçülər Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan gömrük əməkdaşı Ülvi Hacıyevin məzarına əklil qoyulub, xatirəsini ehtiramla yad ediblər.
Xiyabanda uyuyan digər şəhidlərimizin də məzarları ziyarət edilib, bütün şəhidlərimizin xatirəsinə ehtiram ifadə olunub.
Sonra gömrük əməkdaşları Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyinin inzibati binasına gələrək, burada Ü. Hacıyevin xatirəsinə ucaldılmış büstün qarşısına əklil qoyublar.
Anım mərasimində Ü. Hacıyevin həyat yolu barədə məlumat verilib, onun bütün gömrük əməkdaşları üçün vətənpərvərlik nümunəsi olduğu və xatirəsinin daim yaşadılacağı vurğulanıb.
26 yaşında şəhidlik zirvəsinə ucalan Ü. Hacıyev Vətən müharibəsinə könüllü yollanıb. Füzuli, Cəbrayıl, Xocavənd rayonları və Hadrut uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərib. Ü. Hacıyev oktyabrın 19-da Şuşa şəhəri yaxınlığında döyüşlər zamanı şəhid olub.
Qeyd edək ki, Ü. Hacıyev "Vətən uğrunda" medalı ilə təltif edilib.
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?
Bu yolda təmir başlayır - Sürücülərin nəzərinə!












