Vətəndaş 32 qayda pozuntusu aşkarladı, yol polisi geri çəkildi - VİDEO

Bakının Yasamal rayonu, Ələsgər Ələkbərov və Ayna Sultanova küçələrində (Space TV-nin yanında) 3.27 nişanı və dayanma durmanın digər halları mövcuddur. Həmin küçələrdə avtomobili park edəndə digər hərəkət iştirakçılarına həm maneə, həm də qəza şəraiti yaranır. Belə vəziyyətdən narahat olan Avtosfer.az-ın oxucularından biri vətəndaş mövqeyi göstərərək, ictimai qınaq məqsədilə həmin küçələrə YPX inspektorlarının cəlb olunması üçün həm DİN-in 102 xidmətinə, həm də DYP-nin növbətçi hissəsinə zəng edib. Onu əmin ediblər ki, həmin əraziyə yol polisi əməkdaşları göndərəcik, amma göndərməyiblər: «Mən isə bildirdim ki, avtomobilimdəki kamera ilə çəkib hamısını göndərəcəm, zəhmət çəkib cərimələrini yazarsınız. Növbətçi hissədən dedilər ki, vətəndaşın müraciəti bizim üçün qanundur, siz göndərin, biz cərimə edərik. Mən bu qaydanı pozan 32 sürücünü çəkib 24.11.2015 tarixində Bakı şəhər Dövlət Yol Polisi İdarəsinə göndərdim. Ərizəm hazırda Zeynal Seyidovun icraatındadır. Lakin o vaxtdan ərizəmə cavab verməyib. Mən bu barədə Zeynal Seyidovla əlaqə saxladım. O mənə bildirdi ki, heç bir sürücüyə protokol yazmayacam və həmin sürücüləri idarəyə dəvət etmək qanunla qadağandır. Buradan sual yaranır. Bəs indiyə kimi göndərdiyim qayda pozuntularına əsasən sürücüləri necə dəvət edib cərimələrini yazıblar? Deməli, bu, mümkündür. Cənab Prezident İlham Əliyev də bildirib ki,qanun pozuntularının qarşısını almaq üçün güclü ictimai nəzarət olmalıdır. Mən həmin ictimai nəzarətin bir nümunəsi olaraq qanun pozanları çəkib göndərmişəm, amma ərizəmi icra eləmirlər. Mən bu barədə daxili işlər naziri Ramil Usubova öz şikayətimi göndərmişəm».
Oxucunun müraciəti kifayət qədər normal və başadüşüləndir. Hər bir vətəndaş qayda pozuntularına qarşı bu cür davransa, o zaman yəqin ki, yollarımızda qayda pozanların, qəzaların, ölüm-itim hallarının sayı azalar. Lakin vətəndaşın təqdim etdiyi bu qədər fakt qarşısında Bakı şəhər DYP-nin əməkdaşı Zeynal Seyidovun fəaliyyətsizliyi bir qədər təəccüb doğurur. Vətəndaş haqlı olaraq bildirir ki, Prezident İlham Əliyev son vaxtlar etdiyi çıxışlarda ictimai nəzarətlə bağlı cəmiyyətə mesajlar verir və hər bir vətəndaşı fəal olmağa çağırır. Lakin görünür, Zeynal Seyidovun bu çıxışdan xəbəri yoxdur…
Elməddin
Azərbaycana gətirilən bu yağlarda təhlükəli maddə AŞKARLANDI
Bakının bir sıra küçələrində hərəkət MÜVƏQQƏTİ MƏHDUDLAŞDIRILACAQ
Samuxda qarayara xəstəliyi təsdiqləndi – Nazirlikdən AÇIQLAMA
Kəlbəcərdə mina partlayışı baş verib, xəsarət alan var
Prezident bu qanunu təsdiqlədi
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olundu
Həbsdə olan Elman Paşayevin 36 milyonluq maşını hərraca çıxarıldı - FOTO
Xocavənddə mina partlayışı zamanı xəsarət alanlar hospitalizasiya olunub - YENİLƏNİB
Nazir müşavirinə yeni VƏZİFƏ VERİLDİ
“David Selivestrov”un vəkili SENSASİON AÇIQLAMALAR VERDİ - Bayıldakı ofis fəaliyyətini dayandırdı - FOTO
Jalə Bədirovaya yüksək vəzifə VERİLDİ










