Vətəndaşlara hava məlumatları ilə bağlı ÇAĞIRIŞ

İyunun 21-22-də ölkənin bəzi rayonlarında gözlənilən güclü küləkli hava şəraiti ilə bağlı sinoptiklər tərəfindən sarı, narıncı və qırmızı xəbərdarlıq edilib.
Avtosfer.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, öncədən verilən sarı və narıncı xəbərdarlığa uyğun olaraq dünən ölkənin bir sıra bölgələrində güclü qərb küləyi əsib, leysan xarakterli yağış yağıb.
"Qazax-Gəncə, Quba-Qusar, Daşkəsən-Gədəbəy, Mərkəzi Aran, Balakən-Şəki, Dağlıq Şirvan, Lənkəran-Astara, Qarabağ və Şərqi Zəngəzur bölgəsində qeyri-sabit hava şəraitinin davam edəcəyi, iyunun 23-ü gündüzədək bir sıra yerlərdə fasilələrlə leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir, yağıntıların intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Gözlənilən intensiv yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi gözlənilir.
21-22 iyun tarixlərində gözlənilən güclü küləkli hava şəraiti ilə bağlı vətəndaşlardan artıq dərəcədə xahiş edirik ki, sinoptiklər tərəfindən verilən sarı, narıncı və qırmızı xəbərdarlıqlara diqqət yetirsinlər, hava məlumatlarına ciddi yanaşsınlar və ehtiyat tədbirlərini unutmasınlar".
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












