Vətəndaşlara məxsus bank kartlarından dələduzluq yolu ilə pul oğurlayan şəxs saxlanıb - VİDEO

️Respublika ərazisində vətəndaşlara məxsus bank kartlarından dələduzluq yolu ilə pul oğurlayan şəxs Qubada saxlanılıb.
Bu barədə DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.
Bildirilib ki, Quba Rayon Polis Şöbəsinin Kibercinayətkarlıqla Mübarizə qrupunun əməkdaşları tərəfindən daxil olan məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Bakı şəhər sakini Asif Səmədov saxlanılıb.
O, tamah niyyəti ilə özgənin əmlakını talama məqsədilə digər şəxslərə məxsus bank kartlarının üzərində olan kodları müxtəlif yollarla əldə edərək uzun müddət ərzində Bakı şəhərində və respublikanın bir neçə rayonunda vətəndaşların pullarını mənimsəyib.
Həmin şəxs ifadəsində etdiyi dələduzluq əməllərini səmimi etiraf edib.
Qeyd edək ki, A.Səmədov əvvəllər də analoji əməllər törətdiyinə görə məsuliyyətə cəlb edilib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO












