Vətəndaşların “Əks-göstəriş” sertifikatları LƏĞV EDİLİR? - AÇIQLAMA

Son günlər bəzi vətəndaşların “Əks-göstəriş” sertifikatları ləğv olunub.
Bu barədə Oxu.Az-a sözügedən problemlə qarşılaşan bir neçə nəfər müraciət edib.
Vətəndaşların sözlərinə görə, “Əks-göstəriş” sertifikatı ilə bağlı aidiyyəti üzrə müraciət ünvanlayıb, komissiyadan keçiblər. Daha sonra onlara “Əks-göstəriş” təqdim edilib. Lakin, sertifikat cəmi iki gün sistemdə görülüb, daha sonra bilinməyən səbəbdən “Əks-göstəriş” sertifikatı sistemdə görünməyib. Bu isə insanlara ictimai yerlərdə, eləcə də iş yerlərində ciddi problemlər yaşadıb.
Məsələ ilə bağlı sosial şəbəkə istifadəçiləri də bir çox paylaşımlar edərək, TƏBİB, Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi səhifələrini işarəliyiblər.
Məsələ ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, “Əks göstəriş sertifikatı”ı verilən şəxslərin məlumatları İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin elektron bazasından Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin elektron bazasına köçürüldüyü müddətdə müvəqqəti olaraq sertifikatların yüklənilməsində çətinlik müşahidə olunub:
“Hazırda “Əks göstəriş sertifikatı”nın yüklənilməsində heç bir problem yoxdur”.
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?
Bu yolda təmir başlayır - Sürücülərin nəzərinə!
40 yaşlı sevgilisi tərəfindən öldürülən 24 yaşlı Fatimənin FOTOSU
Qeyri-neft sektorunun hansı sahələrinə yatırım edilməlidir? - İQTİSADÇI
Bakı limanında daşınan yük miqdarı çoxalması yollarda sıxlığa təsir edə bilər? - EKSPERT












