“Volkswagen” servisdə sürücülərin başına Şok hadisələr gətirilir

Bəzən avtoservis əməkdaşları ilə sürücülər arasında mübahisə və fikir ayrılıqlarına rast gəlinir. Bunun əsas səbəbi isə təbbi ki, avtomobillərin keyfiyyətli təmir olunmaması, yaxud da çox baha qiymətə sürücüyə təhvil verilməsidir. İslaminSesi bildirir ki, bu cür mübahisələr yaransa da, sonda hər iki tərəf ortaq məxrəcə gələrək sülhlə ayrılır. Lakin redaksiyamıza daxil olan şikayət məktubu ilə tanış olduqdan sonra bu problemin hələ çox mübahisələrə yol açacağını yəqin etdik. Belə ki, şikayət məktubunda şəxs özünün “Volkswagen Tiguan” markalı avtomobilini Volkswagen Servis mərkəzinə apararaq baxışdan keçirdiyini qeyd edir. Baxış zamanı maşında yağın təzyiqinin aşağı olması üzə çıxır. Servis əməkdaşları sürücüyə nasazlığın aradan qaldırılması üçün bir neçə gün lazım olduğunu bildirirlər. Bir gün sonra servis mərkəzinə baş çəkən sürücü burada rastlaşdığı mənzərədən sözün əsl mənasında şok keçirir. Belə ki, sürücüyə cəmi 90 min km/saat məsafə qət edən avtomobilin motor hissəsinin tamamilə sökülərək çıxarıldığı, həmçinin təmir üçün 7 min manatın tələb olunduğu deyilir. Avtomobil sahibi ondan icazəsiz bu cür hərəkətin edilməsinə etiraz və iradını bildirdikdə isə kobud rəftarla üzləşir. Ona avtomobilinin motor hissəsini özünün yığmasını deyirlər və servisi tərk etməsini istəyirlər. Sürücü isə şikayət məktubunda bu cür hadisələrin bir çox Wolkswagen sahibinin başına gətirildiyini yazır. Belə özbaşınalıqlara son qoyulması üçün bir çox şikayətçinin şirkəti Bakıda məhkəməyə vermək istədiyini qeyd edir. Həmçinin Almaniyada yerləşən baş ofisə şikayət yazmaq haqda düşündüklərini də vurğulayır.
Qeyd edək ki, yazıda adı çəkilən şirkətin və servis mərkəzinin mövqeyini də dərc etməyə hazırıq.
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ












