«Vosmoy» bazarın tıxacı aradan qaldırıldı - FOTOLAR

Bakıda “8 kilometr bazarı”nda hər gün tıxacın olması barədə xəbər vermişdik. Bu tıxacın yaranma səbəbləri, aradan qaldırılması yolları haqda da ətraflı məlumatlar dərc etmişdik. Nəhayət, 2 gündür bazarın tıxacının qarşısının alınması üçün işlər görülür. Avtosfer.az musavat.com-a istinadən xəbər verir ki, 2 gündür “8-ci kilometr bazarı”nın qarşısındakı tıxacın aradan qaldırılması üçün post-patrul xidmətinin (PPX) maşınları növbə çəkir. PPX əməkdaşları bazarın qarşısında yolun kənarlarında maşınların dayanmasına, avtobusların istənilən yerdə sərnişin götürməsinə icazə vermir. Bu səbəbdən də yolda tıxac yaranmır. Hazırda bazar ərazisində tıxac müşahidə olunmur.
Bazarda işləyən satıcılarla söhbətimiz zamanı məlum oldu ki, PPX əməkdaşları dünəndən bazarda nəzarət həyata keçirir. Dünən sürücülərlə DYP əməkdaşları arasında qarşıdurmalar da olub. DYP əməkdaşları sürücülərin yol kənarında maşın saxlamasına icazə verməyib. Bu zaman sürücülərlə DYP əməkdaşları arasında qarşıdurma olub və qanuna tabe olmayan iki sürücü PPX maşınlarına mindirilərək aparılıb.
Qeyd edək ki, bundan əvvəlki reportajlarımızda bazarda yaranan tıxacın əsas səbəbi olaraq ərazidə özbaşınalığın olduğunu, DYP və PPX əməkdaşlarının vəziyyətə nəzarət etmədiyini qeyd edirdik. Nəhayət ki, polis əməkdaşlarının iki gündür bazardakı vəziyyətə nəzarət etməsi tıxacın qarşısını alıb.
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək


















