Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzində klassik musiqi axşamı təşkil olunub - VİDEO

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzinin təsis edilməsinin 9-cu ildönümü münasibətilə klassik əsərlərdən ibarət konsert təşkil edilib.
Avtosfer.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova 2013-cü ildə təsis edilmiş qurumun fəaliyyət yoluna nəzər salıb. O, Azərbaycan mədəniyyətinin Avstriyada təqdimatında və iki ölkə arasında mədəni əlaqələrin inkişafında mərkəzin rolundan danışıb. Bildirilib ki, yarandığı gündən mədəniyyətlərarası ünsiyyət məkanına çevrilən bu məkanda Azərbaycan mədəniyyət və incəsənəti, multikultural dəyərləri təbliğ olunur. Avstriyanın yerli qurumları, festivallar və eləcə də digər ölkələrin mədəniyyət mərkəzləri ilə sıx əməkdaşlıq əlaqələri də qeyd edilib. Mərkəzdə Azərbaycan dilinin təbliğinə də xüsusi diqqət göstərir və burada əcnəbilər üçün Azərbaycan dili kursları, Avstriyada yaşayan soydaşlarımızın övladları üçün həftəsonu məktəbi fəaliyyət göstərir.
L.Qasımova qonaqlara “Şuşa İli“ və bu il yubileyi qeyd edilən Azərbaycanın görkəmli şəxsiyyətləri ilə əlaqədar mərkəzin bu il ərzində planlaşdırdığı tədbirlər barədə də məlumat verib.
Azərbaycanın Avstriyadakı səfiri Rövşən Sadıqbəyli Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzinin xaricdə fəaliyyət göstərən ən fəal mərkəzlərindən biri olduğunu qeyd edib. Səfir Azərbaycan və Avstriya arasında diplomatik əlaqələrin qurulmasının 30 illik yubileyinin qeyd olunduğu bir vaxtda mərkəzin iki ölkə arasında mədəni əlaqələrin dərinləşməsində yaxından iştirak etdiyini vurğulayıb.
Tədbirin bədii hissəsində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli Avstriyada yaşayan gənc musiqiçilərlə birgə konsert proqramı ilə çıxış edib. Konsertdə Qara Qarayev, Fikrət Əmirov, Asəf Zeynallı, Arif Məlikov, Tofiq Quliyev, Fərhad Bədəlbəyli kimi Azərbaycan bəstəkarları ilə yanaşı, Avropa bəstəkarlarının da əsərləri ifa olunub. Mərziyyə Hüseynova və Vlada Bakanova (hər ikisi sopran), Fərid Feyzullayev (skripka) və Tilli Çernitorinin (çello) ifaları tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.




Günəşdə iki güclü partlayış qeydə alınıb
İlham Əliyevdən Ələt azad iqtisadi zonası ilə bağlı SƏRƏNCAM
Hamlet Musayevin qızı həbs edildi - Külli miqdarda dələduzluq...
İlham Əliyev ipoteka ilə bağlı fərman imzaladı
Baş nazir qərar imzaladı
Adı biznes və tikinti imperiyası ilə hallanan Baş nazirin korteji – VİDEO
“Yol hərəkəti haqqında” qanun dəyişir - Əli Əsədov QƏRAR İMZALADI
Bakıda toyda qəribə görüntü MÜZAKİRƏ YARATDI - VİDEO
Bakıya gözlənilməz hava GƏLİR: Temperatur belə olmamışdı
Yer kürəsində maqnit fırtınası başlayıb
Lökbatan istiqamətində kilometrlərlə uzanan TIXAC YARANDI - VİDEO










