Xaçmazda atasından sonra 9 yaşlı oğlu da intihar etdi - “Atam dedi ki, özünü as...”

Xaçmaz rayonunda 9 yaşlı uşaq atasının intiharından təxminən iki ay sonra özünü asıb.
Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Ağtala kəndində baş verib.
Belə ki, 1978-ci il təvəllüdlü Qeybullayev Oqtay Abdulla oğlu bir müddət öncə 4 övladı və həyat yoldaşı ilə birgə başqa kəndə işləməyə gedib. Ailə o kənddə də yaşamağa davam edib.
O.Qeybullayev avqustun 11-də hazırda məlum olmayan səbəblərdən Ağtala kəndinə gələrək qəbiristanlıqda ağacdan özünü asaraq intihar edib. Həmin gün Oqtayın yeganə oğlu və ailənin sonbeşiyi, 2012-ci il təvəllüdlü Ramalın ad günü olub.
Atasının intiharından sonra ailə Ağtala kəndinə qayıdaraq doğma evlərində yaşamağa başlayıb. 9 yaşlı Ramal atasının ölümündən təxminən iki ay sonra oktyabrın 4-ü, günorta saat 12 radələrində həyətlərində özünü ağacdan asaraq intihar edib. Ailənin Ramaldan böyük olan 3 qız övladı qalıb.
O.Qeybullayevin qardaşı Rasim Qeybullayev bildirib ki, dünən Ramalın müəllimi üçün hədiyyə almağa getdikləri üçün uşağı ilk dəfə evdə tək qoyublar: “Müəllimlər günü üçün hədiyyə aldıq ki, Ramal pis olmasın. Evə qayıdanda gördük ağacdan özünü asıb. İpi necə, haradan tapıdığını bilmirik”.
R.Qeybullayev qeyd edib ki, qardaşı Oqtayın 40 mərasimi ərəfəsində oğlu Ramal yuxuda atasını görüb: “Bir dəfə Ramal yuxusunu bizə danışdı. Dedi “Atam mənə dedi ki, özünü as, gəl bura, bura yaxşıdır”. Biz də Ramalla danışdıq, sonra bu məsələ unuduldu. Haradan biləydik ki, belə olacaq”.
Hər iki hadisə ilə bağlı prokurorluqda araşdırma aparılır.
700 manat beh verib avtomobilini aldılar, qalan məbləği ödəmədilər - VİDEO
Bu yolda hərəkət məhdudlaşdırıldı: Sıxlıq yarandı - VİDEO
Bu xanım Agentliyə şöbə müdiri təyin edildi - FOTO
AYNA bəzi istiqamətlərdə müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarır
İlham Əliyev Fərman İMZALADI
Generalın zabit yoldaşları ilə NADİR FOTOSU yayıldı - FOTO
Bakının iki küçəsində hərəkət MƏHDUDLAŞDIRILACAQ
Saray qəsəbəsində niyə piyadalar üçün zolaqlar yoxdur? - VİDEO
DİN-in yeni vəzifəsi müəyyənləşib
“Bu hadisə milyonda bir belə olmur, şokdayıq” - “Şəki yaylası”nın direktoru
Bu dövlət qurumunda 130 nəfər ixtisara düşdü - Baş nazirdən QƏRAR










