“Xaliq Faiqoğlu” şirkətində inklüziv ictimai nəqliyyatla bağlı təlim keçirilib - FOTO

Oktyabrın 9-da “Xaliq Faiqoğlu” şirkətində Azərbaycan Milli Avtomobil Klubunun (AMAK) təşkilatçılığı ilə “İnamla Səyahət: İnklüziv İctimai Nəqliyyat Mühitinin Yaradılması” layihəsi çərçivəsində təlim keçirilib.
Şirkətdən Avtosfer.az-a verilən məlumata görə, Təhlükəsiz və Davamlı Nəqliyyat üzrə Şərq Alyansı (EASST) və Beynəlxalq Avtomobil Federasiyası ilə birgə hazırlanmış təlimdə şirkətin istismarında olan marşrut xətləri üzrə sürücülər iştirak edib.
Bildirilib ki, təlimin məqsədi əlilliyi olan insanların ictimai nəqliyyatda daha inamla səyahət etmələrini təmin etmək, sürücüləri əlilliklər haqqında daha geniş məlumatlandırmaq, praktiki məşğələlər vasitəsilə onların biliklərini daha da artırmaqdır. Təlim zamanı sürücülərin fikirlərini daha ətraflı öyrənmək üçün təlim öncəsi və sonrası sorğular keçirilib və nəticələrin müqayisəsi aparılıb.
Bundan əlavə əlilliyi olan insanlar təlimdə iştirak edərək ictimai nəqliyyatda qarşılaşdıqları çətinlikləri bölüşüb və tövsiyələrini veriblər. İştirakçılar müxtəlif modullar zamanı öz şəxsi təcrübələrini danışıb və fəal şəkildə təlimdə iştirak ediblər. Həmçinin bu tip tədbirlərin cəmiyyət üçün faydalı olduğu bildirilib və daha geniş kütlə üçün keçirilməsi tövsiyə edilib.
Leyla
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?
Bu yolda təmir başlayır - Sürücülərin nəzərinə!
40 yaşlı sevgilisi tərəfindən öldürülən 24 yaşlı Fatimənin FOTOSU
Qeyri-neft sektorunun hansı sahələrinə yatırım edilməlidir? - İQTİSADÇI
Bakı limanında daşınan yük miqdarı çoxalması yollarda sıxlığa təsir edə bilər? - EKSPERT


















