“Xaliq Faiqoğlu” sürücülərin maaşını artırdı

“Xaliq Faiqoğlu” şirkəti xidmət keyfiyyətinin daha da yaxşılaşdırılması və əməkdaşların sosial rifahının yüksəldilməsi məqsədilə sürücülərə ödənilən aylıq əməkhaqqını artırıb.
Avtosfer.az xəbər verir ki, şirkətin idarə heyətinin müvafiq qərarı ilə, oktyabrın 1-dən etibarən istismar edilən müntəzəm marşrut xətləri üzrə sürücülərin aylıq məvacibi ortatutumlu avtobuslarda 1098 manat, iritutumlu avtobuslarda 1252 manat, xüsusilə iritutumlu avtobuslarda isə 1424 manat (1 növbə üzrə) müəyyən edilib.
Bundan əlavə, əmək fəaliyyətində fərqlənən sürücülərə birdəfəlik mükafatların verilməsi nəzərdə tutulur.
“Xaliq Faiqoğlu” şirkətindən bildirilib ki, sürücülərin sosial rifahının yaxşılaşdırılması, sərnişindaşıma xidmətinin keyfiyyətinin yüksəldilməsi istiqamətində tədbirlər bundan sonra da davam etdiriləcək.
Qeyd edək ki, “Xaliq Faiqoğlu” şirkətində sürücülərin fəaliyyəti növbəli iş rejimi əsasında təşkil edilir.
Şirkətdə sürücü vəzifəsində işləmək istəyən şəxslər aşağıdakı əlaqə vasitələrinə müraciət edə bilərlər:
Tel: 055 500-68-60
E-mail: [email protected]
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?












