Xalq artistinin obyektində olay: İşçisi həbs edildi

Quba şəhərində fəaliyyət göstərən obyeklərdən biri cərimələnib.
Avtosfer.az-ın məlumatına görə, “Leyla Şıxlinskaya” adlı istirahət mərkəzində təşkil edilmiş şənliyin gecə saatlarına qədər davam etməsi ilə karantin rejimi qaydaları pozulub.
Bununla əlaqədar olaraq istirahət mərkəzinin işçiləri cərimələnib. Obyektin direktoru Nəzər İsmayılova isə 9 sutka müddətinə inzibai həbs cəzası verilib.
Obyektin sahibi məşhur aktrisa, Xalq artisti Leyla Şıxlinskayadır.
Məsələ ilə bağlı Oxu.Az-ın əməkdaşı Leyla Şıxlinskaya ilə əlaqə saxlayıb. O, gecə saatlarında Qubada qeydə alınmış faktı təsdiq edib:
“Hadisə vaxtı mən orda olmamışam, hadisədən də yeni xəbərim olub. İstirahət mərkəzində çalışan əməkdaşlar özləri süfrə açıb və axşam yeməyi yeyiblər. Orada heç bir kənar şəxs, qonaq olmayıb. Onlar oteldə deyil, ayrıca kabab bişirilən yerdə oturublar. Bir anda polislər məkana gəlib və işçiləri, direktoru hətta məkanın həyətində dayanan şəxsləri də saxlayıblar. Qeyd edim ki, işçilər özləri də oteldə qalırlar. Yəni bura kənardan heç kim gəlməyib. Mərkəzin rəsmi direktoru Nəzər İsmayılovu 9 sutkalıq həbs ediblər. Bununla bağlı apellyasiya məhkəməsinə şikayət edilib. Bir gündən sonra digər əməkdaşları buraxıblar”.
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?












