Xankəndi məhkəməsi bu şəxsə cəza verdi

Bu ilin 11 may tarixində Xankəndi şəhərində tapdığı soyuq silahı gizlədərək aparmaq istəyən şəxs cinayət məsuliyyətinə cəlb edilib.
Avtosfer.az xəbər verir ki, Xocalı rayonu Malıbəyli kəndində qapı-pəncərə sexində çalışan 1981-ci il təvəllüdlü H.N-ə Cinayət Məcəlləsinin 228.4-cü (Qanunsuz silah əldə etmə, satma və ya gəzdirmə) maddəsi ilə hökm oxunub.
Xankəndi Şəhər Məhkəməsində keçirilən prosesdə H.N bildirib ki, silah hesab edilən “Kalaşnikov” avtomatının süngü-bıçağını Malıbəylidən Xankəndiyə bazarlıq etməyə gedərkən təsadüfən tapıb. Polis əməkdaşları şəhərin girişindəki postda avtomobilləri yoxlayarkən ön oturacağın altında gizlədilmiş əşyanı tapıblar və faktla bağlı cinayət işi açılıb.
Xankəndi Şəhər Məhkəməsinin ötən həftə çıxardığı hökmlə ona qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 2 il islah işləri cəzası verilib.
(qafqazinfo)
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












